Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-292/2022 01.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 01 mart 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən e t d i: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 26.11.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04318 Samsung Galaxy A21s markalı telefon üçün 438.6 manat ödənilməmiş hissə və 43.4 manat cərimə, 31.12.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02353 Huawei Y9 Prime markalı telefon və Baseus TWS Earphones W04 Black markalı qulaqlıq üçün 547.5 manat ödənilməmiş hissə və 54.5 manat cərimə, 02.01.2021ci il tarixli müqaviləyə əsasən X3 Earbuds markalı qulaqlıq üçün 54 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla, ümumilikdə 1143 manat borc və 31.43 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 02 fevral 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehə göndərilmiş məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamadığı, əraziyə gəldiyi təqdirdə ona təqdim olunması üçün məhkəmə sənədinin nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. İddia tələbinə dair cavabdeh tərəfindən hər hansı etiraz, etiraza dair dəlillər və onları təsdiq edən sənədlər indiyədək məhkəməyə təqdim olunmamışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 26.11.2020, 31.12.2020 və 02.01.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********04318 Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********02353 Huawei Y9 Prime markalı telefon və Baseus TWS Earphones W04 Black markalı qulaqlıq və X3 Earbuds markalı qulaqlıq almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.11.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04318 Samsung Galaxy A21s markalı telefon üçün 438.6 manat ödənilməmiş hissə və 43.4 manat cərimə, 31.12.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02353 Huawei Y9 Prime markalı telefon, Baseus TWS Earphones W04 Black markalı qulaqlıq üçün 547.5 manat ödənilməmiş hissə və 54.5 manat cərimə, 02.01.2021-ci il tarixli müqaviləyə əsasən X3 Earbuds markalı qulaqlıq üçün 54 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla, ümumilikdə 1143 manat borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə cəmi 188.9 manat ödəniş etmişdir. İddiaçı cavabdehdən 26.11.2020, 31.12.2020 və 02.01.2021-ci il tarixli müqavilələr üzrə ümumilikdə 1143 manat borc və 31.43 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 26 noyabr 2020-ci il tarixli 22076105 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 42.90 manat ödəmək şərti ilə cəmi 514.80 manat dəyərində İMEİ kodu **********04318 olan Samsung Galaxy A21s markalı telefon satılmışdır. 31 dekabr 2020-ci il tarixli 22179518 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 32.40 manat ödəmək şərti ilə cəmi 660.20 manat dəyərində İMEİ kodu **********02353 Huawei Y9 Prime markalı telefon və Baseus TWS Earphones W04 Black markalı qulaqlıq satılmışdır. 02 yanvar 2021-ci il tarixli 22181095 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 4.50 manat ödəmək şərti ilə cəmi 54 manat dəyərində X3 Earbuds markalı qulaqlıq satılmışdır. 12 yanvar 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 21 yanvar 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 26.11.2020-ci il tarixli müqavilə üzrə 76.20 manat ödəniş etmiş, 438.6 manat ödənilməmiş hissə və 43.4 manat cərimə, 31.12.2020-ci il tarixli müqavilə üzrə 112.7 manat ödəniş etmiş, 547.5 manat ödənilməmiş hissə və 54.5 manat cərimə və 02.01.2021-ci il tarixli müqavilə üzrə ödəniş etməmiş, 54 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla, ümumilikdə 1143 manat borcu qalmışdır. 24 yanvar 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 31.43 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 26.11.2020, 31.12.2020 və 02.01.2021-ci il tarixli müqavilələrə əsasən cavabdeh "xxxx" MMC-dən İMEİ kodu **********04318 Samsung Galaxy A21s markalı telefon, İMEİ kodu **********02353 Huawei Y9 Prime markalı telefon və Baseus TWS Earphones W04 Black markalı qulaqlıq və X3 Earbuds markalı qulaqlıq almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.11.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04318 Samsung Galaxy A21s markalı telefon üçün 438.6 manat ödənilməmiş hissə və 43.4 manat cərimə, 31.12.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02353 Huawei Y9 Prime markalı telefon, Baseus TWS Earphones W04 Black markalı qulaqlıq üçün 547.5 manat ödənilməmiş hissə və 54.5 manat cərimə və 02.01.2021-ci il tarixli müqaviləyə əsasən X3 Earbuds markalı qulaqlıq üçün 54 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla, ümumilikdə 1143 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə ümumilikdə ödədiyi məbləğ 188.9 manat təşkil edir. İddiaçı cavabdehdən ümumilikdə 1143 manat borc və 31.43 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 26.11.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********04318 Samsung Galaxy A21s markalı telefon üçün 438.6 manat ödənilməmiş hissə və 43.4 manat cərimə, 31.12.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********02353 Huawei Y9 Prime markalı telefon və Baseus TWS Earphones W04 Black markalı qulaqlıq üçün 547.5 manat ödənilməmiş hissə və 54.5 manat cərimə, 02.01.2021-ci il tarixli müqaviləyə əsasən X3 Earbuds markalı qulaqlıq üçün 54 manat ödənilməmiş hissə və 5 manat cərimə olmaqla, ümumilikdə 1143 manat borc və 31.43 manat dövlət rüsumu olmaqla, cəmi 1174.43 (bir min bir yüz yetmiş dörd manat qırx üç qəpik) manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-292/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-292/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver