Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-321/2025 26.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 aprel 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********28647 olan Samsung Galaxy A23 markalı telefon üçün 129,9 manat ödənilməmiş hissə, 38,97 manat cərimə və 02 avqust 2023-cü il tarixli müqaviləyə əsasən Şəffaf vinil, İmei kodu **********15047 olan Samsung Galaxy A23 markalı telefon üçün 17,4 manat ödənilməmiş hissə, 5,22 manat cərimə, ümumilikdə 191,49 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 aprel 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 779,4 manat (18 ay + 43,3 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********28647 olan Samsung Galaxy A23 markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 02 avqust 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 679,92 manat (12 ay + 56,66 manat + 0 manat ilkin ödəniş) olan Şəffaf vinil, İmei kodu **********15047 olan Samsung Galaxy A23 markalı telefon almışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1312,02 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 27 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 10 aprel 2023-cü il tarixli 14483156 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 43,3 manat olmaqla cəmi 779,4 manat dəyərində İmei kodu **********28647 olan Samsung Galaxy A23 markalı telefon satılmışdır. - 02 avqust 2023-cü il tarixli 03993926 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 56,66 manat olmaqla cəmi 679,92 manat dəyərində Şəffaf vinil, İmei kodu **********15047 olan Samsung Galaxy A23 markalı telefon satılmışdır. - 09 yanvar 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 16 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 10 aprel 2023-cü il tarixli müqavilə üzrə 779,4 manat borc məbləğindən 649,5 manat ödəniş etmiş, 129,9 manat ödənilməmiş hissə, 38,97 manat cərimə, 02 avqust 2023-cü il tarixli müqavilə üzrə 679,92 manat borc məbləğindən 662,52 manat ödəniş etmiş, 17,4 manat ödənilməmiş hissə, 5,22 manat cərimə - hər iki müqavilə üzrə cəmi 191,49 manat borcu qalmışdır. - 17 yanvar 2025-ci il tarixli 72266430 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 10 aprel 2023-cü il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 43,3 manat ödəmək şərti ilə cəmi 779,4 manat dəyərində İmei kodu **********28647 olan Samsung Galaxy A23 markalı telefon, 02 avqust 2023-cü il tarixli 03993926 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 56,66 manat ödəmək şərti ilə cəmi 679,92 manat dəyərində Şəffaf vinil, İmei kodu **********15047 olan Samsung Galaxy A23 markalı telefon satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1312,02 manat təşkil edir. Cavabdehin 10 aprel 2023-cü il tarixli müqavilə üzrə 129,9 manat borcu qalmış, həmin borca 38,97 manat cərimə, 02 avqust 2023-cü il tarixli müqavilə üzrə 17,4 manat borcu qalmış, həmin borca 5,22 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 10 aprel 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********28647 olan Samsung Galaxy A23 markalı telefon üçün 129,9 manat ödənilməmiş hissə, 38,97 manat cərimə və 02 avqust 2023-cü il tarixli müqaviləyə əsasən Şəffaf vinil, İmei kodu **********15047 olan Samsung Galaxy A23 markalı telefon üçün 17,4 manat ödənilməmiş hissə, 5,22 manat cərimə, ümumilikdə 191,49 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 aprel 2023cü il tarixli müqaviləyə əsasən İmei kodu **********28647 olan Samsung Galaxy A23 markalı telefon üçün 129,9 manat ödənilməmiş hissə, 38,97 manat cərimə və 02 avqust 2023-cü il tarixli müqaviləyə əsasən Şəffaf vinil, İmei kodu **********15047 olan Samsung Galaxy A23 markalı telefon üçün 17,4 manat ödənilməmiş hissə, 5,22 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 221,49 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 aprel 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********28647 olan Samsung Galaxy A23 markalı telefon üçün 129,9 manat ödənilməmiş hissə, 38,97 manat cərimə və 02 avqust 2023-cü il tarixli müqaviləyə əsasən Şəffaf vinil, İmei kodu **********15047 olan Samsung Galaxy A23 markalı telefon üçün 17,4 manat ödənilməmiş hissə, 5,22 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 221 (iki yüz iyirmi bir) manat 49 (qırx doqquz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-321/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-321/2025
26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver