Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-339/2025 03.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 15 avqust 2018-ci il tarixli M-4116 saylı alqı-satqı müqaviləsi üzrə 279 manat əsas borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X2 ilə “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar cavabdehlə 15 avqust 2018-ci il tarixli M-4116 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə müvafiq olaraq “SİNTRA” firmasının istehsalı olan 1499 manat məbləğində “Sintra” modeli su təmizləmə sistemi quraşdırılaraq cavabdehə təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 15 avqust 2018-ci il tarixli M-4116 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh müqavilənin 2.4-cü bəndinə əsasən 200 manat ilkin ödəniş edərək 19 ay müddətinə hər ayın 20-dən gec olmayaraq 70 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtlı-vaxtında və lazımı qaydada icra etməmişdir. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X2 ilə İddiaçı arasında 30 iyul 2019-cu il tarixli N- 004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanılmışdır. İddiaçı cavabdehdən 15 avqust 2018-ci il tarixli borc müqaviləsi üzrə 279 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 30 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 15 avqust 2018-ci il tarixli M-4116 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X2 tərəfindən cavabdehə 1499 manat dəyərində “Sintra” modelli su təmizləmə sistemi satılmışdır. Cavabdeh 200 manat ilkin ödəniş etmiş, qalan 1299 manat pulu 19 ay müddətinə hər ayın 20-dən gec olmayaraq 70 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 15 avqust 2018-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, 15 avqust 2018-ci il tarixli M-4116 nömrəli alqı-satqı müqaviləsinə uyğun olaraq “SİNTRA” firmasının istehsalı olan 1499 manat məbləğində “Sintra” modeli su təmizləmə sistemi quraşdırılaraq cavabdehə təhvil verilmişdir. - 05 iyun 2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 15 avqust 2018-ci il tarixli M-4116 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun yeddi təqvim günü müddətində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 25 dekabr 2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin 15 avqust 2018-ci il tarixli M-4116 saylı alqı-satqı müqaviləsi üzrə 279 manat əsas borcu vardır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, fiziki şəxs X2 ilə cavabdeh arasında bağlanmış 15 avqust 2018-ci il tarixli M-4116 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehə 1499 manat dəyərində “Sintra” modelli su təmizləmə sistemi satılmış, cavabdeh 200 manat ilkin ödəniş etmiş, qalan 1299 manat pulu 19 ay müddətinə hər ayın 20-dən gec olmayaraq 70 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Fiziki şəxs (VÖEN **********) əsasında fəaliyyət göstərən X2 ilə İddiaçı arasında 30 iyul 2019-cu il tarixli N-004 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair bağlanılmış müqaviləyə əsasən X1 cavabdehə qarşı olan 279 manat məbləğindəki tələb hüququ İddiaçınə keçmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh 15 avqust 2018-ci il tarixli M-4116 saylı alqı-satqı müqaviləsi üzrə borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 279 manat əsas və 30 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15 avqust 2018-ci il tarixli M-4116 saylı borc müqaviləsi üzrə 279 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 309 (üç yüz doqquz) manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 15 avqust 2018-ci il tarixli M-4116 saylı borc müqaviləsi üzrə 279 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 309 (üç yüz doqquz) manat məbləğinin alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron kabinetlə İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-339/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-339/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver