Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-340/2025 03.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 aprel 2023-cü il tarixli müqaviləyə əsasən Samsung LED tv üçün 418,9 manat ödənilməmiş hissə, 125,67 manat cərimə, 19 iyul 2023-cü il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən maşın üçün 71,6 manat ödənilməmiş hissə, 21,48 manat cərimə və 19 avqust 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********41527 olan Samsung Galaxy S22 markalı telefon üçün 1711,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 513,32 manat cərimə, ümumilikdə 2885,63 manat borc və 48,86 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 20 aprel 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1539 manat (18 ay + 85,5 manat + 0 manat ilkin ödəniş) olan Samsung LED tv almışdır. Tərəflər arasında bağlanmış 19 iyul 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 380,88 manat (18 ay + 21,16 manat + 0 manat ilkin ödəniş) olan Panasonic markalı ətçəkən maşın almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 19 avqust 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 2384,16 manat (18 ay + 131,62 manat + 15 manat ilkin ödəniş) olan İmei kodu **********41527 olan Samsung Galaxy S22 markalı telefon almışdır. Cavabdeh üç müqavilə üzrə aldığı malların dəyərindən cəmi 2102,48 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 30 yanvar 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 20 aprel 2023-cü il tarixli 02614258 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 85,5 manat olmaqla cəmi 1539 manat dəyərində Samsung LED tv satılmışdır. - 19 iyul 2023-cü il tarixli 10755281 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 21,16 manat olmaqla cəmi 380,88 manat dəyərində Panasonic markalı ətçəkən maşın satılmışdır. - 19 avqust 2023-cü il tarixli 02615469 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 15 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 131,62 manat olmaqla cəmi 2384,16 manat dəyərində İmei kodu **********41527 olan Samsung Galaxy S22 markalı telefon satılmışdır. - 05 avqust 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 04 yanvar 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 20 aprel 2023-cü il tarixli müqavilə üzrə 1539 manat borc məbləğindən 1120,1 manat ödəniş etmiş, 418,9 manat ödənilməmiş hissə, 125,67 manat cərimə, 19 iyul 2023-cü il tarixli müqavilə üzrə 380,88 manat borc məbləğindən 309,28 manat ödəniş etmiş, 71,6 manat ödənilməmiş hissə, 21,48 manat cərimə və 19 avqust 2023-cü il tarixli müqavilə üzrə 2384,16 manat borc məbləğindən 673,1 manat ödəniş etmiş, 1711,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 513,32 manat cərimə - hər üç müqavilə üzrə cəmi 2885,63 manat borcu qalmışdır. - 06 yanvar 2025-ci il tarixli 71736591 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 48,86 manat dövlət rüsumu ödənilmişdir. - 28 fevral 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********41527 olan Samsung Galaxy S22 (SM-S901B)-PİNK GOLD markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 20 aprel 2023-cü il tarixli 03694551 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 85,5 manat ödəmək şərti ilə cəmi 1539 manat dəyərində Samsung LED tv, 19 iyul 2023-cü il tarixli 10755281 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 21,16 manat olmaqla cəmi 380,88 manat dəyərində Panasonic markalı ətçəkən maşın və 19 avqust 2023-cü il tarixli 02615469 nömrəli müqaviləyə əsasən 15 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 131,62 manat ödəmək şərti ilə cəmi 2384,16 manat dəyərində İmei kodu **********41527 olan Samsung Galaxy S22 markalı telefon satılmışdır. Cavabdeh aldığı malların dəyərindən 2102,48 manat ödəniş etmişdir. Cavabdeh 20 aprel 2023-cü il tarixli müqavilə üzrə 1539 manat borc məbləğindən 1120,1 manat ödəniş etmiş, 418,9 manat ödənilməmiş hissə, 125,67 manat cərimə, 19 iyul 2023-cü il tarixli müqavilə üzrə 380,88 manat borc məbləğindən 309,28 manat ödəniş etmiş, 71,6 manat ödənilməmiş hissə, 21,48 manat cərimə və 19 avqust 2023-cü il tarixli müqavilə üzrə 2384,16 manat borc məbləğindən 673,1 manat ödəniş etmiş, 1711,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 513,32 manat cərimə - hər üç müqavilə üzrə cəmi 2885,63 manat borcu qalmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cəmi 2885,63 manat borcu və ödənilmiş 48,86 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 20 aprel 2023-cü il tarixli müqavilə üzrə 418,9 manat ödənilməmiş hissə, 19 iyul 2023-cü il tarixli müqavilə üzrə 71,6 manat ödənilməmiş hissə və 19 avqust 2023-cü il tarixli müqavilə üzrə 1711,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumunun tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbinə əsasən cavabdehdən 20 aprel 2023-cü il tarixli müqavilə üzrə 125,67 manat, 19 iyul 2023-cü il tarixli müqavilə üzrə 21,48 manat və 19 avqust 2023-cü il tarixli müqavilə üzrə 513,32 manat cərimə məbləğləri alqı-satqı müqavilələrinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 125,67 manat, 21,48 manat və 513,32 manat cərimə məbləğlərinin tutulmasına dair hissələri qismən – müvafiq olaraq 42 manat, 8 manat və 172 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləğinin 2423,56 manat olduğu nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 48,86 manat dövlət rüsumunun 44,24 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 48,86 manat dövlət rüsumunun 4,62 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 20 aprel 2023-cü il tarixli müqaviləyə əsasən Samsung LED tv üçün 418,9 manat ödənilməmiş hissə, 42 manat cərimə, 19 iyul 2023-cü il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən maşın üçün 71,6 manat ödənilməmiş hissə, 8 manat cərimə və 19 avqust 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********41527 olan Samsung Galaxy S22 markalı telefon üçün 1711,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 172 manat cərimə və 44,24 manat dövlət rüsumu, cəmi 2491,4 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20 aprel 2023-cü il tarixli müqaviləyə əsasən Samsung LED tv üçün 418,9 manat ödənilməmiş hissə, 42 manat cərimə, 19 iyul 2023-cü il tarixli müqaviləyə əsasən Panasonic markalı ətçəkən maşın üçün 71,6 manat ödənilməmiş hissə, 8 manat cərimə və 19 avqust 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********41527 olan Samsung Galaxy S22 markalı telefon üçün 1711,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi” rüsumu, 172 manat cərimə və 44,24 manat dövlət rüsumu, cəmi 2491 (iki min dörd yüz doxsan bir) manat 40 (qırx) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-340/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-340/2025
03.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver