Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-36/2023 18.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cavabdeh2 və Qulı̇ yev Cahangı̇ r Mirzağa oğluna qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 18 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) Cavabdeh2 (bundan sonra birinci cavabdeh) və Qulı̇ yev Cahangı̇ r Mirzağa oğluna (bundan sonra ikinci cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403,81 manat pulun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 iyun 2022-ci il tarixdə saat 09:30da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Balaxanı yolunda ikinci cavabdehə məxsus olan “Daimler Chrysler” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi birinci cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə "xxxx" ASC-də “avtokasko” risklərindən sığortalanmış, hadisə zamanı X4 tərəfindən idarə edilmiş “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və “Azsamand minik”markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 22005 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılmış və birinci cavabdehin “Daimler Chrysler” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi məlum olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası DİN Binəqədi DYPYİ tərəfindən birinci cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü və 327.2-ci maddələrinə əsasən inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir. 11 oktyabr 2021-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçı tərəfindən 11 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. Birinci cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmiş və baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. “Daimler Chrysler-yük” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ikinci cavabdehə məxsusdur və avtomobilin icazə verilmiş maksimal kütləsi 4600 kq təşkil edir. AD 181656 saylı sürücülük vəsiqəsinə əsasən birinci cavabdehin “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır və “Yol hərəkəti haqqında Qanun”un 34-cü maddəsinin İV bəndinin 3-cü yarımbəndinə əsasən birinci cavandehin hadisə zamanı “Daimler Chrysler-yük” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında Qanun” un 34-cü maddəsinin İV bəndinin 3-cü yarımbəndinə əsasən “B” kateqoriyalı sürücülük vəsiqəsi icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı isə sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri idarə etmək üçün verilir. 13 iyul 2022-ci il tarixli, müstəqil ekspert X3 rəyindən müəyyən olunur ki, “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə nəticəsində dəymiş zərər 22005 manat məbləğində müəyyən edilmişdir. 12 avqust 2022-ci il tarixdə dəymiş zərərə görə iddiaçı tərəfindən 22005 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC-nin PXA112158 saylı sığorta aktının surətindən müəyyən olunur ki, ödənilməli sığorta məbləğinin 4743.48 manat məbləğində olan hissəsi "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməlidir. Həmin məbləğ 22 sentyabr 2022-ci il tarixdə iddiaçının hesabına daxil olmuşdur. 06 iyul 2022-ci il tarixli, BS-C-22/3008 saylı qiymətləndirmədə iştirak məktubuna əsasən birinci cavabdeh “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsində iştirak etmək üçün iddiaçının ofisinə dəvət edilmiş və həmin məktub 20 iyul 2022-ci il tarixdə sonuncuya təqdim edilmişdir. Birinci cavabdeh iddiaçının ofisinə dəvət edilmiş və ona icbari sığorta qaydasında mütənasiblik qaydasında ödəniləcək məbləğ çıxıldıqdan sonra qalıq məbləğin ondan tutulacağı barədə məlumat verilmişdir. 20 sentyabr 2022-ci il tarixli geriyə tələb məktubundan müəyyən olunur ki, 17261.62 manat məbləğində sığorta ödənişinin müştərək qaydada geriyə ödənilməsi cavabdehlərdən tələb edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərər məbləği 22005 manat məbləğində, “Azsamand” markalı, **-UZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği isə 1190 manat məbləğində müəyyən edilmişdir. Mütənasiblik qaydasında “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərə görə dəymiş zərərin (22005 manat) 94,87 %-i, yəni 4743.48 manat məbləğində pul, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə dəymiş zərər məbləğinin (1190 manat) 5,13 %-i, yəni 265.52 manat məbləğində pul ödənilməlidir. Qeyd olunan qaydada hesablanmış və iddiaçıya ödənilməli olan 4743.48 manat məbləğində pul “Daimler Chrysler” yük markalı **-BF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən ödənilmişdir. İddiaçı dəymiş ziyanın aradan qaldırılması üçün ödədiyi 22005 manat məbləğində sığorta ödənişindən "xxxx" ASC tərəfindən mütənasiblik qaydasında ödənilmiş 4743,48 manat məbləği çıxıldıqdan sonra qalan 17261,62 manat məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna malikdir. Bundan başqa, iddianın qaldırılması ilə bağlı 141,79 manat məbləğində dövlət rüsumunun və 0,4 manat xidmət haqqı da cavabdehlərdən müştərək qaydada tutulmalıdır. İddiaçı cavabdehlərdən müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403,81 manat pulun tutularaq hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır. 08 dekabr 2011-ci il tarixli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 Mirzəağa oğluna məxsusdur. 27 may 2016-cı il tarixli AD 181656 nömrəli sürücülük vəsiqəsinin surətindən müəyyən edilir ki, Cavabdeh2 “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 11 oktyabr 2021-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən müəyyən edilir ki, “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 11 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. 14 may 2022-ci il tarixli, 032895 nömrəli etibarnamənin surətindən müəyyən edilir ki, Cavabdeh1 “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh2 nəqliyyat vastəsini idarə etmək üçün 14 may 2023-cü il tarixədək etibar etmişdir. Bakı şəhəri DYPİ-nin 14 iyun 2022-ci il tarixli, TP №5076914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən müəyyən edilir ki, Babayev X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilmişdir. PXA112158 və PXA112159 nömrəli sığorta aktlarının surətlərindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil “BMW-528” markalı **-VD-*** və “Azsamand” markalı, **-UZ- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə “BMW-528” markalı **- VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 4743,48 manat, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği isə 1190 manat müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 01 iyul 2022-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, Cavabdeh2 barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 06 iyul 2022-ci il tarixli, BS-C-22/3008 saylı məktubun surətindən müəyyən edilir ki, Cavabdeh2 “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsində iştirak etmək üçün “Bakı Sığorta" ASC-nin ofisinə dəvət edilmiş və həmin məktub 20 iyul 2022-ci il tarixdə sonuncuya təqdim edilmişdir. 22 sentyabr 2022-ci il tarixli qəbzin surətindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin hesabına 4743,48 manat sığorta ödənişi məbləği köçürülmüşdür. 10 avqust 2022-ci il tarixli, 1465/22 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, “X5” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək sığortalı “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, nəticədə “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 22005 manat müəyyən edilmişdir. 12 avqust 2022-ci il tarixli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, “Bakı Sığorta" ASC tərəfindən 22005 manat məbləği sığorta ödənişi 10 avqust 2022-ci il tarixli 1465/22 saylı sığorta aktına əsasən X1 hesabına ödənilmişdir. 20 sentyabr 2022-ci il tarixli BS-S-22/4427 nömrəli geriyə tələb məktubunun surətindən müəyyən edilir ki, cavabdehlərdən müştərək qaydada 17261.62 manat məbləğində sığorta ödənişinin geriyə ödənilməsi tələb edilmişdir. 27 sentyabr 2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, “Bakı Sığorta" ASC məhkəməyə müraciət etmək üçün 141,79 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 08 dekabr 2011-ci il tarixli nəqliyyat vəsiqəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ikinci cavabdehə məxsusdur. 27 may 2016-cı il tarixli AD 181656 nömrəli sürücülük vəsiqəsinə əsasən birinci cavabdehin “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 11 oktyabr 2021-ci il tarixli sığorta şəhadətnaməsi üzrə “BMW- 528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 11 oktyabr 2021-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək əmlak sığortası qaydasında sığortalanmışdır. 14 may 2022-ci il tarixdə ikinci cavabdeh “Daimler Chrysler” yük markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini birinci cavabdehə nəqliyyat vastəsini idarə etmək üçün 14 may 2023-cü il tarixədək etibar etmişdir. Bakı şəhəri DYPİnin 14 iyun 2022-ci il tarixli, TP №5076914 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı əsasında birinci cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə edilmişdir. PXA112158 və PXA112159 nömrəli sığorta aktlarına əsasən “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 4743,48 manat, “Azsamand” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği isə 1190 manat müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 01 iyul 2022-ci il tarixli qərarı əsasında birinci cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 06 iyul 2022-ci il tarixli, BS-C-22/3008 saylı məktubuna əsasən birinci cavabdeh “BMW-528 minik” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsində iştirak etmək üçün “Bakı Sığorta" ASC-nin ofisinə dəvət edilmiş və həmin məktub 20 iyul 2022-ci il tarixdə sonuncuya təqdim edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC tərəfindən iddiaçının hesabına 4743,48 manat sığorta ödənişi məbləği köçürülmüşdür. 10 avqust 2022-ci il tarixli, 1465/22 nömrəli sığorta aktına əsasən “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə sığorta ödənişinin məbləği 22005 manat müəyyən edilmişdir. 12 avqust 2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən 22005 manat məbləği sığorta ödənişi 10 avqust 2022-ci il tarixli 1465/22 saylı sığorta aktına əsasən X1 hesabına ödənilmişdir. 20 sentyabr 2022-ci il tarixli BS-S-22/4427 nömrəli geriyə tələb məktubu ilə cavabdehlərdən müştərək qaydada 17261.62 manat məbləğində sığorta ödənişinin geriyə ödənilməsi tələb edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə iddiaçı məhkəməyə müraciət etmək üçün 141,79 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı ödəmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403,81 manat pulun tutularaq hesabına ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İkinci cavabdeh özünə məxsus yük avtomobilini həmin kateqoriya üzrə idarəetmə hüququ olmayan birinci cavabdehə verdiyinə və birinci cavabdeh həmin avtomobillə qəza törətdiyinə görə birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, birinci cavabdehin 13 iyun 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olması faktı sübuta yetirildiyinə görə yol-nəqliyyat hadisəsi nəticəsində “BMW-528” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 17261,62 manat sığorta məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Qulı̇ yev Cahangı̇ r Mirzağa oğlundan müştərək qaydada 17261,62 manat sığorta ödənişi, 141,79 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı – cəmi 17403 (on yeddi min dörd yüz üç) manat 81 (səksən bir) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-36/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-36/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver