Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-401/2024 15.03.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1253 manat əsas borc, 124 manat dəbbə pulu və 33,77 manat dövlət rüsumu, cəmi 1410,77 manat məbləğin alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 09 aprel 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavə imzalanmışdır. 09 aprel 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1343 manat olan bir ədəd mal almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 18 ay ərzində aldığı malın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlandıqdan sonra ümumi borcundan müəyyən ödənişlər etsə də borcun tam şəkildə ödənilməsi təmin olunmamışdır. Cavabdehin 19 yanvar 2024-cü il tarixə əsas borcu 1253 manat, dəbbə pulu 124 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıqlar edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 12 fevral 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 09 aprel 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 75 manat olmaqla cəmi 1343 manat dəyərində Samsung markalı soyuducu satılmışdır. - 20 noyabr 2023-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 09 aprel 2021-ci il tarixli müqavilə üzrə 1253 manat əsas borc, 124 manat dəbbə pulunun ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 19 yanvar 2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 09 aprel 2021-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1253 manat əsas və 124 manat dəbbə pulu olmaqla cəmi 1377 manat borcu vardır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 33,77 manat (qəbzin nömrəsi **********09) dövlət rüsumu ödənilmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09 aprel 2021-ci il tarixli ******* nömrəli nisyə alqısatqı müqaviləsinə və həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavəyə əsasən cavabdeh ümumi dəyəri 1343 manat olan bir ədəd Samsung markalı soyuducu almışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh 18 ay müddətinə hər ay 75 manat olmaqla aldığı əşyanın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə bağlandıqdan sonra ümumi borcundan ödəniş etsə də borc məbləği tam şəkildə ödənilməmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq əsas borca 124 manat dəbbə pulu hesablanmışdır. İddiaçı cavadehdən 1253 manat əsas borc, 124 manat dəbbə pulu və 33,77 manat dövlət rüsumunun ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1253 manat əsas borc, 124 manat dəbbə pulu və 33,77 manat dövlət rüsumu olmaqla cəmi 1410,77 manat məbləğinin alınaraq İddiaçı hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1253 manat əsas borc, 124 manat dəbbə pulu və 33,77 manat dövlət rüsumu olmaqla cəmi 1410 (bir min dörd yüz on) manat 77 (yetmiş yeddi) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-401/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-401/2024
15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver