Məhkəmə qərarları › İş №e-2(037)-403/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-403/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-403/2025 17.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 375,2 manat ödənilməmiş hissə, 187,6 manat cərimə və 12 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 629 manat ödənilməmiş hissə, 314,5 manat cərimə, ümumilikdə 1506,3 manat borc və 35,07 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 684 manat (6 ay + 108 manat + 36 manat ilkin ödəniş) olan Hoffmann markalı dondurucu almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 12 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 798 manat (6 ay + 126 manat + 42 manat ilkin ödəniş) olan Hoffmann markalı dondurucu almışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 477,8 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 17 fevral 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 30 iyun 2024-cü il tarixli 15965954 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 36 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 108 manat olmaqla cəmi 684 manat dəyərində Hoffmann markalı dondurucu satılmışdır. - 12 sentyabr 2024-cü il tarixli 05914476 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 42 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 126 manat olmaqla cəmi 798 manat dəyərində Hoffmann markalı dondurucu satılmışdır. - 29 yanvar 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 07 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 684 manat borc məbləğindən 308,8 manat ödəniş etmiş, 375,2 manat ödənilməmiş hissə, 187,6 manat cərimə, 12 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 798 manat borc məbləğindən 169 manat ödəniş etmiş, 629 manat ödənilməmiş hissə, 314,5 manat cərimə - hər iki müqavilə üzrə cəmi 1506,3 manat borcu qalmışdır. - 10 fevral 2025-ci il tarixli 73089097 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 35,07 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 30 iyun 2024-cü il tarixli 15965954 nömrəli müqaviləyə əsasən 36 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 108 manat olmaqla cəmi 684 manat dəyərində və 12 sentyabr 2024-cü il tarixli 05914476 nömrəli müqaviləyə əsasən 42 manat ilkin ödəniş etdikdən sonra 6 ay müddətinə hər ay 126 manat olmaqla cəmi 798 manat dəyərində Hoffmann markalı dondurucular satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 477,8 manat təşkil edir. Cavabdehin 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 375,2 manat borcu qalmış, həmin borca 187,6 manat cərimə, 12 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 629 manat borcu qalmış, həmin borca 314,5 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 375,2 manat ödənilməmiş hissə, 187,6 manat cərimə və 12 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 629 manat ödənilməmiş hissə, 314,5 manat cərimə, ümumilikdə 1506,3 manat borc və 35,07 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 375,2 manat ödənilməmiş hissə və 12 sentyabr 2024cü il tarixli müqavilə üzrə 629 manat ödənilməmiş hissənin tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbinə əsasən cavabdehdən 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 125,67 manat və 12 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 187,6 manat cərimə məbləğləri alqı-satqı müqavilələrinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 187,6 manat və 314,5 manat cərimə məbləğlərinin tutulmasına dair hissələri qismən – müvafiq olaraq 38 manat və 63 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləğinin 1105,2 manat olduğu nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 35,07 manat dövlət rüsumunun 31,05 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 35,07 manat dövlət rüsumunun 4,02 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 375,2 manat ödənilməmiş hissə, 38 manat cərimə və 12 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 629 manat ödənilməmiş hissə, 63 manat cərimə və 31,05 manat dövlət rüsumu, cəmi 1136,25 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 375,2 manat ödənilməmiş hissə, 38 manat cərimə və 12 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən Hoffmann markalı dondurucu üçün 629 manat ödənilməmiş hissə, 63 manat cərimə və 31,05 manat dövlət rüsumu, cəmi 1136 (bir min bir yüz otuz altı) manat 25 (iyirmi beş) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar