Məhkəmə qərarları › İş №e-2(037)-405/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-405/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-405/2023 17.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 17 mart 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Zaza Moped” üçün 2514 manat ödənilməmiş hissə, 251 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon üçün 367 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon üçün 19 manat ödənilməmiş hissə, 1 manat cərimə - ümumilikdə 3188 manat borcun və 51,88 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 210-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “Zaza Moped”, İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon, “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon almış və nəticədə 3188 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2874.96 manat (24 ay x 119.79 manat + 0 manat ilkin ödəniş) “Zaza Moped” üçün ümumilikdə 2765 manat olmaqla, ondan 2514 manat ödənilməmiş hissə, 251 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı 611.6 manat (18 ay x 31.2 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon üçün ümumilikdə 403 manat olmaqla, ondan 367 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 408 manat (18 ay x 22 manat + 12 manat ilkin ödəniş) “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon üçün ümumilikdə 20 manat olmaqla, ondan 19 manat ödənilməmiş hissə, 1 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 994,56 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Cavabdehlə bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması və onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də o, müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Zaza Moped” üçün 2514 manat ödənilməmiş hissə, 251 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon üçün 367 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon üçün 19 manat ödənilməmiş hissə, 1 manat cərimə - ümumilikdə 3188 manat borcun və 51,88 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 19 iyun 2021-ci il tarixli, 23153640 nömrəli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş 12 manat olmaqla, 18 ay müddətinə hər ay 22 manat ödəmək şərti ilə cəmi 408 manat dəyərində “Samsung Galaxy A02S” markalı telefon satılmışdır. 29 oktyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş 50 manat olmaqla, 18 ay müddətinə hər ay 31,2 manat ödəmək şərti ilə cəmi 610,4 manat dəyərində “Xiaomi Redmi” markalı telefon satılmışdır. 10 noyabr 2021-ci il tarixli, ******* nömrəli müqavilənin və ödəniş cədvəlinin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olmdan 24 ay müddətinə hər ay 119,79 manat ödəmək şərti ilə cəmi 2874,96 manat dəyərində “Zaza Moped” satılmışdır. 28 dekabr 2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehdən aldığı əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 07 fevral 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2874,96 manat borc məbləğindən 360,96 manat ödəniş etmiş, 2514 manat borcu qalmış, əsas borca 251 manat cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 611,6 manat borc məbləğindən 244,6 manat ödəniş etmiş, 367 manat borcu qalmış, əsas borca 36 manat cərimə hesablanmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 408 manat borc məbləğindən 389 manat ödəniş etmiş, 19 manat borcu qalmış, əsas borca 01 manat cərimə hesablanmışdır. 08 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 51,88 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, cavabdeh iddiaçı ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, “Zaza Moped”, İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon, “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon almış və nəticədə 3188 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2874.96 manat (24 ay x 119.79 manat + 0 manat ilkin ödəniş) “Zaza Moped” üçün ümumilikdə 2765 manat olmaqla, ondan 2514 manat ödənilməmiş hissə, 251 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı 611.6 manat (18 ay x 31.2 manat + 50 manat ilkin ödəniş) İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon üçün ümumilikdə 403 manat olmaqla, ondan 367 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən isə alqısatqı qiyməti 408 manat (18 ay x 22 manat + 12 manat ilkin ödəniş) “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon üçün ümumilikdə 20 manat olmaqla, ondan 19 manat ödənilməmiş hissə, 1 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 994,56 manat təşkil edir. Xəbərdarlıq olunmasına baxmayaraq borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Zaza Moped” üçün 2514 manat ödənilməmiş hissə, 251 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon üçün 367 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021ci il tarixli müqavilə üzrə “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon üçün 19 manat ödənilməmiş hissə, 1 manat cərimə ümumilikdə 3188 manat borcun və 51,88 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 210-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 210-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 210-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 210-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 210-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilələrin şərtlərinə uyğun ödəmədiyindən və müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 51,88 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 210-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Zaza Moped” üçün 2514 manat ödənilməmiş hissə, 251 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu 9T**********78445 olan “Xiaomi Redmi” markalı telefon üçün 367 manat ödənilməmiş hissə, 36 manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “Samsung aksessuar” İMEİ kodu **********47437 olan “Samsung Galaxy A02S” markalı telefon üçün 19 manat ödənilməmiş hissə, 1 manat cərimə və 51,88 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3239 (üç min iki yüz otuz doqquz) manat 88 (səksən səkkiz) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar