Məhkəmə qərarları › İş №e-2(037)-426/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-426/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-426/2023 31.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 31 mart 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) SRT013215 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 120 manat borc, 18 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış SRT013215 saylı 27 mart 2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 385 manat dəyərində mal almış, aldığı malın dəyərini hər ay ödəniş etməklə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilənin şərtini pozaraq ödənişləri vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin 120 manat əsas borcu ödənilməmiş qalmışdır. Belə ki, cavabdehin bugünə 120 manat əsas borcu və 18 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehdən SRT013215 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 120 manat borc, 18 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 11 sentyabr 2019-cu il tarixli R-149/19 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında tələbin güzəşti barədə müqavilə imzalanmışdır. 27 mart 2022-ci il tarixli SRT013215 nömrəli Nisyə Alqı-satqı müqaviləsinin və müqaviləyə 1 nömrəli əlavənin surətindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə 385 manat dəyərində mal satılmış, cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 06 ay müddətində hər ay 65 manat (sonuncu ay 60 manat) ödəməyi öhdəsinə götürmüşdür. 27 mart 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, "xxxx" MMC tərəfindən 385 manat dəyərində 04 ədəd “LASSA 175/70R13 MİRATTA 82T” markalı təkər cavabdehə təhvil verilmişdir. 29 mart 2022-ci il tarixli R-1xx/xx-0313 nömrəli sazişin surətindən görünür ki, 27 mart 2022-ci il tarixli SRT013215 nömrəli Nisyə Alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. 20 fevral 2023-cü il tarixli maliyyə arayışının və hesabdan çıxarışın surətlərindən görünür ki, cavabdeh 27 mart 2022-ci il tarixli SRT013215 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə cəmi 265 manat ödəniş etmiş, 120 manat əsas, 18 manat cərimə - cəmi 138 manat borcu qalmışdır. 21 fevral 2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcunu xx.xx.2023-cü il tarixədək ödəmədiyi təqdirdə, borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. 27 fevral 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış SRT013215 saylı 27 mart 2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 385 manat dəyərində mal almış, aldığı malın dəyərini hər ay ödəniş etməklə 06 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixində təşkilatı hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.5 % miqdarında dəbbə pulu ödəməlidir. Cavabdeh müqavilənin şərtini pozaraq ödənişləri vaxtında və lazımı qaydada icra etməmişdir. Cavabdehin 120 manat əsas borcu ödənilməmiş qalmışdır. Belə ki, cavabdehin bugünə 120 manat əsas borcu və 18 manat cərimə borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən ödənilməli olan vəsait ödənilməmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. İddiaçı cavabdehdən SRT013215 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 120 manat borc, 18 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu və ona hesablanmış cəriməni ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 27 mart 2022-ci il tarixli SRT013215 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə 120 manat borc, 18 manat cərimə, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı – cəmi 168 (bir yüz altmış səkkiz) manat 40 (qırx) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar