Məhkəmə qərarları › İş №e-2(037)-429/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-429/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-429/2025 02.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) BL965997 nömrəli xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 434,96 manat əsas, BL895513 nömrəli xx.xx.2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 61,78 manat əsas borc olmaqla, ümumilikdə 496,74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 23 sentyabr 2023-cü il tarixdə BL965997 nömrəli nisyə satış müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 84 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, tərəflər arasında 21 may 2023-cü il tarixdə isə BL895513 nömrəli nisyə satış müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 18 ay müddətinə hər ayın 21dən gec olmamaqla 35 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, cavabdehin İddiaçı MMC-yə BL965997 nömrəli müqaviləyə əsasən 434,96 əsas borc, BL895513 nömrəli müqaviləyə uyğun olaraq 61,78 əsas borc, ümumilikdə 496,74 borcu qalmışdır. İddiaçı cavabdehdən BL965997 nömrəli 23 sentyabr 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 434,96 manat əsas və BL895513 nömrəli 21 may 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 61,78 manat əsas borc olmaqla, cəmi 496,74 manat borc məbləği və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 24 fevral 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -23 sentyabr 2023-cü il tarixli BL965997 nömrəli nisyə satış müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 120 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə 948,96 manat dəyərində, 21 may 2023-cü il tarixli BL895513 nömrəli nisyə satış müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 635,78 manat dəyərində avadanlıqlar satılmışdır. -17 oktyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. -17 fevral 2025-ci il tarixli borca dair arayışın surətindən görünür ki, cavabdehin 23 sentyabr 2023-cü il tarixli BL965997 nömrəli nisyə satış müqaviləsi üzrə 434,96 manat əsas və 17 fevral 2025-ci il tarixli borca dair arayışın surətindən görünür ki, cavabdehin 21 may 2023-cü il tarixli BL895513 nömrəli nisyə satış müqaviləsi üzrə 61,78 manat əsas borcu olmaqla - cəmi 496,74 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 23 sentyabr 2023-cü il tarixli BL965997 nömrəli nisyə satış müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 120 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə 948,96 manat dəyərində, 21 may 2023-cü il tarixli BL895513 nömrəli nisyə satış müqaviləsinə əsasən isə cavabdehə 635,78 manat dəyərində avadanlıqlar satılmışdır. Cavabdehin 17 fevral 2025-ci il tarixə 23 sentyabr 2023-cü il tarixli BL965997 nömrəli nisyə satış müqaviləsi üzrə 434,96 manat əsas və 21 may 2023-cü il tarixli BL895513 nömrəli nisyə satış müqaviləsi üzrə 61,78 manat əsas borcu olmaqla - cəmi 496,74 manat borcu yaranmışdır. İddiaçı cavabdehdən BL965997 nömrəli 23 sentyabr 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 434,96 manat əsas və BL895513 nömrəli 21 may 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 61,78 manat əsas borc olmaqla, cəmi 496,74 manat borc məbləği və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 23 sentyabr 2023-cü il tarixli BL965997 nömrəli nisyə satış müqaviləsi üzrə 434,96 manat və 21 may 2023-cü il tarixli BL895513 nömrəli nisyə satış müqaviləsi üzrə 61,78 manat borc, 30 manat dövlət rüsumu - cəmi 526 (beş yüz iyirmi altı) manat 74 (yetmiş dörd) qəpik borc məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 23 sentyabr 2023-cü il tarixli BL965997 nömrəli nisyə satış müqaviləsi üzrə 434,96 manat və 21 may 2023-cü il tarixli BL895513 nömrəli nisyə satış müqaviləsi üzrə 61,78 manat, 30 manat dövlət rüsumu - cəmi 526 (beş yüz iyirmi altı) manat 74 (yetmiş dörd) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar