Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-443/2022 25.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə İddiaçı "ABC-TELECOM" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdehlər Ələsgərov Sadı̇ q Bəhrəm oğlu və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 25 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84284 olan X1 9 Pro markalı telefon üçün 585 manat əsas borc, 172 manat dəbbə pulu, cəmi 757 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehlər Ələsgərov Sadı̇ q Bəhrəm oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Ələsgərov Sadı̇ q Bəhrəm oğlunun "xxxx" MMC ilə 15.09.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən 800,2 manat məbləğində İMEİ kodu **********84284 olan X1 9 Pro markalı telefon almışdır. Cavabdeh Ələsgərov Sadı̇ q Bəhrəm oğlunun alğı-satqı müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi "xxxx" MMC ilə Cavabdeh1 arasında 15.09.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu günədək cavabdehlərə edilən müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 800,2 manat olan (12 ay x 64,6 manat+25 manat ilkin ödəniş) İMEİ kodu **********84284 olan X1 9 Pro markalı telefon üçün 585 manat əsas borc, 172 manat dəbbə pulu (hər gün üçün ödənilməmiş məbləğin 1% miqdarında dəbbə pulu) borc yaranmışdır. Cavabdeh Ələsgərov Sadı̇ q Bəhrəm oğlu cəmi 215,2 manat ödəniş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Sadı̇ q Ələsgərov və Cavabdeh1 lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 15.09.2020-ci il tarixli alğı-satqı müqaviləsindən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Alıcı” adlandırılacaq Ələsgərov Sadı̇ q Bəhrəm oğlu bu müqaviləni bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən “ABC” özünə məxsus olan və fərdi əlamətləri bu Müqavilənin 2.1-ci bəndində göstərilən əşyaları “Alıcı”ya aşağıda göstərilən şərtlərlə verir, “Alıcı” isə “Əşya”nı aşağıda göstərilən şərtlərlə qəbul edir: İMEİ kodu **********84284 olan X1 9 Pro markalı telefon. İş materiallarında olan 15.09.2020-ci il tarixli zaminlik müqaviləsindən məlum olur ki, bir tərəfdən "xxxx" MMC bundan sonra “ABC” adlandırılacaq, digər tərəfdən bundan sonra “Zamin” adlandırılacaq Cavabdeh1 bu müqaviləni bağlamışlar. Müqaviləyə əsasən “ABC” və “Alıcı” arasında bağlanmış 21171066 nömrəli müqavilənin “Zamin” tərəfindən “Alıcı” ilə birgə icrasının təminatı kimi bağlanmışdır. İş materiallarında olan 17.02.2022-ci il tarixli maliyyə və ödəmə cədvəlindən görünür ki, Ələsgərov Sadı̇ q Bəhrəm oğlu 15.09.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 800,2 manat olan İMEİ kodu **********84284 olan X1 9 Pro markalı telefonu 12 ay müddətinə aylıq 64,6 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1986-cı il tarixdə İsmayıllı rayonun Qurbanəfəndi kəndində anadan olmuş Ələsgərov Sadı̇ q Bəhrəm oğlu İsmayıllı rayonun Qurbanəfəndi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Ələsgərov Sadı̇ q Bəhrəm oğlu arasında bağlanmış 15.09.2020-ci il tarixli alğı-satqı müqaviləsinin şərtləri cavabdeh Sadı̇ q Ələsgərov tərəfindən pozulmuş, müqavilə şərtlərinə uyğun olaraq ödənişlər edilməmiş, cavabdeh Sadı̇ q Ələsgərovun 15.09.2020-ci il tarixli müqavilə üzrə əsas borcu 585 manat təşkil edir. Cavabdeh1 da alğı-satqı müqaviləsinin icrasının təminatı kimi bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin 15.09.2020-ci il tarixli müqavilə üzrə 585 manat əsas borca görə iddiaçı tərəfindən hesablanmış 172 manat dəbbə pulu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı və 58 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 15.09.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********84284 olan X1 9 Pro markalı telefon üçün 585 manat əsas borc, 58 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 673 manat məbləğində pul cavabdehlər Ələsgərov Sadı̇ q Bəhrəm oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216- 220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Ələsgərov Sadı̇ q Bəhrəm oğlu və Cavabdeh1 müştərək qaydada 15.09.2020-ci il tarixli müqavilə üzrə 585 manat əsas borc, 58 manat dəbbə pulu və 30 manat dövlət rüsumu – cəmi 673 (altı yüz yetmiş üç) manat məbləğ müştərək qaydada alınaraq iddiaçı "ABC-TELECOM" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-443/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-443/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver