Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-468/2022 13.07.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 13 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 347 manat əsas, 33 manat dəbbə pulu, 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 191 manat əsas, 11 manat dəbbə pulu, hər iki müqavilə üzrə 538 manat əsas və 44 manat dəbbə pulu, 30 manat dövlət rüsumu – cəmi 612 (altı yüz on iki) manat borc məbləği alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etiraz ərizəsi əsasında İsmayıllı rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli e-2(037)-468 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi ərizə göndərərək bütün məhkəmə iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 24 ay müddətinə ümumi dəyəri 499 manat olan mal almışdır. Müqavilə üzrə ödəniş etmiş, 30 noyabr 2021ci il tarixə 347 manat borcu qalmışdır. Müqavilə şərtlərinə əsasən əsas borca 33 manat dəbbə pulu hesablanmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 10 sentyabr 2019cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 12 ay müddətinə ümumi dəyəri 839 manat olan mal almışdır. Müqavilə üzrə ödəniş etmiş, 08 dekabr 2021ci il tarixə 191 manat borcu qalmışdır. Müqavilə şərtlərinə əsasən əsas borca 11 manat dəbbə pulu hesablanmışdır. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də borc məbləğlərinin ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən iki müqavilə üzrə cəmi 538 manat əsas, 44 manat dəbbə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 612 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, alqısatqı müqaviləsi ilə aldığı paltaryuyan maşın bir dəfə işlədikdən sonra xarab olduğu üçün geri qaytarılmasını tələb etmiş, lakin uzun müddət keçsə də geri qaytarılmadığı üçün müqaviləı üzrə ödənişləri dayandırmışdır. Bir müddət sonra aldığı soba da xarab olmuş, bu barədə də şifahi olaraq iddiaçı təşkilata bildirmişdir. Bundan sonra ödənişlər etməmişdir. Pulu ödəmədiyi üçün iddiaçı təşkilat tərəfindən dəfələrlə ona xəbərdarlıq olunmuşdur. O, da xarab olmuş əşyalar düzəldikdən sonra müqavilə üzrə borcunu ödəyəcəyini bildirmişdir. Dəfələrlə tələb etdikdən sonra 2021-ci ilin noyabr ayında iddiaçı təşkilat tərəfindən göndərilən usta həmin əşyalara baxıb hissələrinin şəklini çəkib götürərək 15 gün ərzində düzəldiləcəyini ona bildirmişlər. Lakin bir ildən artıq vaxt keçməsinə baxmayaraq heç bir nəticə olmadığından 2021-ci ilin dekabr ayında təşkilatın rəhbəri Cümşüd Məhərrəmova rəsmi müraciət etmişdir. Bunun da heç bir nəticəsi olmamışdır. Hesab edir ki, iddiaçı tərəfindən ona satılmış mallar xarab olduğu, onlar həmin malları təmir etdirməkdən və dəyişdirməkdən imtina etdikləri üçün onların hazırkı iddia tələbləri əsassızdır. Ona görə də iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə hər ay 21 manat ödəniş etmək şərtilə 499 manat dəyərində Arçelik markalı paltaryuyan maşın satılmışdır. 10 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 499 manat dəyərində 1 ədəd Arçelik markalı paltaryuyan maşın cavabdehə təhvil verilmişdir. 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 40 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 67 manat ödəniş etmək şərtilə 799 manat dəyərində Hotpoint markalı kombi satılmışdır. 10 sentyabr 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 799 manat dəyərində 1 ədəd Hotpoint markalı kombi cavabdehə təhvil verilmişdir. 30 noyabr 2021-ci il və 08 dekabr 2021-ci il tarixli pretenziya məktublarının surətlərindən görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilımişdir. Xəbarnamənin surətindən görünür ki, cavabdehin iddiaçı təşkilata ünvanlandığı 27 dekabr 2021-ci il tarixli müraciəti iddiaçı təşkilatın nümayəndəsi tərəfindən 30 dekabr 2021- ci il tarixdə alınmışdır. 16 fevral 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 30 noyabr 2021-ci il tarixə 347 manat əsas və 33 manat cərimə, 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 08 dekabr 2021-ci il tarixə 191 manat əsas və 11 manat cərimə, hər iki müqavilə üzrə cəmi 582 manat borcu qalmışdır. 24 fevral 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə hər ay 21 manat ödəniş etmək şərtilə 499 manat dəyərində Arçelik markalı paltaryuyan maşın satılmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 40 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 67 manat ödəniş etmək şərtilə 799 manat dəyərində Hotpoint markalı kombi satılmışdır. Cavabdeh hər iki müqavilə üzrə ödənişlər etmiş, 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 30 noyabr 2021-ci il tarixə 347 manat borcu qalmış, əsas borca 33 manat dəbbə pulu hesablanmışdır. 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə isə 08 dekabr 2021-ci il tarixə 191 manat borcu qalmış, əsas borca 11 manat dəbbə pulu hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğlərinin ödənilməsi təmin olunmamışdır. İddiaçı 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 347 manat əsas, 33 manat dəbbə pulu, 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 191 manat əsas, 11 manat dəbbə pulu, hər iki müqavilə üzrə 538 manat əsas və 44 manat dəbbə pulu, 30 manat dövlət rüsumu – cəmi 612 (altı yüz on iki) manat borc məbləğinin cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 623.1-ci maddəsinə əsasən əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Həmin Məcəllənin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Məhkəmə cavabdehin izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh alqı-satqı müqaviləsi əsasında aldığı malların qısa müddət ərzində xarab olduğunu göstərsə də, aldığı malları on dörd gün ərzində satıcıya qaytarılamlı olduğu halda o bu tələbə əməl etməmiş, alqı-satqı müqaviləsi bağlanıldığı tarixdən iki il üç ay keçdikdən sonra, 2021-ci ilin dekabr ayında iddiaçı təşkilata rəsmi müraciət etmişdir. Cavabdeh iddiaçı təşkilata müraciət etməsinə dair sübut təqdim etsə də, müraciətinin nədən ibarət olduğu məlum deyildir. Bundan başqa cavabdeh izahatında aldığı malları bir müddət işlətdiyini, bundan sonra həmin malların dəyişdirilməsini və ya təmir olunmasını tələb etdiyini göstərir. Lakin cavabdeh ötən müddət ərzində iddiaçıya qarşı aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olmasına baxmayaraq o, bu hüququndan istifadə etməmişdir. Ona qarşı iddia tələbinin məhkəmənin icraatında olduğu müddətdə də qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh nisyə aldığı əşyaların dəyərini ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 347 manat əsas, 33 manat dəbbə pulu, 10 sentyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi üzrə 191 manat əsas, 11 manat dəbbə pulu, hər iki müqavilə üzrə 538 manat əsas və 44 manat dəbbə pulu, 30 manat dövlət rüsumu – cəmi 612 (altı yüz on iki) manat borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-468/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-468/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver