Məhkəmə qərarları › İş №e-2(037)-535/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-535/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-535/2025 28.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********83130 SAMSUNG GALAXY A24 markalı telefon, 458.8 (dörd yüz əlli səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45.88 (qırx beş manat, 88 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********10494 TCL 20L markalı telefonüçün, 333.6 (üç yüz otuz üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 33.36 (otuz üç manat, 36 qəpik) manat cərimə olmaqla cəmi 918.84 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********83130 SAMSUNG GALAXY A24 markalı telefon, İmei kod **********10494 TCL 20L markalı telefon almış və nəticədə 918.84 (doqquz yüz on səkkiz manat, 84 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 635.4 (altı yüz otuz beş manat, 40 qəpik) manat (18 ay x 35.3 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********83130 SAMSUNG GALAXY A24 markalı telefon üçün ümumilikdə, 528.28 (beş yüz iyirmi səkkiz manat, 28 qəpik) manat olmaqla ondan, 458.8 (dörd yüz əlli səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 45.88 (qırx beş manat, 88 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 453.92 (dörd yüz əlli üç manat, 92 qəpik) manat (18 ay x 22.44 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********10494 TCL 20L markalı telefonüçün ümumilikdə, 390.56 (üç yüz doxsan manat, 56 qəpik) manat olmaqla ondan, 333.6 (üç yüz otuz üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 33.36 (otuz üç manat, 36 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 296.92 manat təşkil edir. İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 458.8 (dörd yüz əlli səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45.88 (qırx beş manat, 88 qəpik) manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 33.36 (otuz üç manat, 36 qəpik) manat cərimə, ümumilikdə 918.84 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 19 mart 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 10795947 nömrəli müqavilədən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə İmei kod **********83130 SAMSUNG GALAXY A24 markalı telefon, satılmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli müqavilədən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə İmei kod **********10494 TCL 20L markalı telefon satılmışdır. - 21 fevral 2025ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərininin məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 28 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********83130 SAMSUNG GALAXY A24 markalı telefon, İmei kod **********10494 TCL 20L markalı telefon almış və nəticədə 918.84 (doqquz yüz on səkkiz manat, 84 qəpik) manat borc yaranmışdır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə 30,00 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********83130 SAMSUNG GALAXY A24 markalı telefon, İmei kod **********10494 TCL 20L markalı telefo nalmış və nəticədə 918.84 (doqquz yüz on səkkiz manat, 84 qəpik) manat borc yaranmışdır. Cavabdeh aldığı malın dəyərindən 296.92 manat ödəniş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 458.8 (dörd yüz əlli səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45.88 (qırx beş manat, 88 qəpik) manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 33.36 (otuz üç manat, 36 qəpik) manat cərimə, ümumilikdə 918.84 manat borcu ödənilməmiş qalmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 458.8 (dörd yüz əlli səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45.88 (qırx beş manat, 88 qəpik) manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 33.36 (otuz üç manat, 36 qəpik) manat cərimə, ümumilikdə 918.84 manat borc və 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 458.8 (dörd yüz əlli səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45.88 (qırx beş manat, 88 qəpik) manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 33.36 (otuz üç manat, 36 qəpik) manat cərimə, ümumilikdə 918.84 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 948 manat 84 qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 458.8 (dörd yüz əlli səkkiz manat, 80 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 45.88 (qırx beş manat, 88 qəpik) manat cərimə,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 333.6 (üç yüz otuz üç manat, 60 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 33.36 (otuz üç manat, 36 qəpik) manat cərimə, ümumilikdə 918.84 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 948 manat 84 qəpik borc məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar