Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-540/2024 27.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən X1 uzun müddətə pozulması ilə nəticələnən ağır dərəcəli bədən xəsarətinə görə 1500 manat, “VAZ 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat, və ödənilmiş 65 manat dövlət rüsumu – cəmi 6585 (altı min beş yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ötən məhkəmə iclasında göndərdiyi ərizədə bütün məhkəmə hazırlıq və baxış iclaslarının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən 05 sentyabr 2021-ci il tarixdə Cavabdeh1 tərəfindən sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə olunan “VAZ 21063” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21104” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı “VAZ 21063” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Sığorta Şirkətində icbari qaydada sığortalı olmuşdur. Hadisəyə dair tərəflərin polisə verdikləri izahatlardan, İsmayıllı Rayon Məhkəməsinin hökmündən və AR DİN BDYPİ-nin təqdim etdiyi etibarnamə üzrə çıxarışdan aydın olur ki, “VAZ 21063” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyində olsa da hadisə zamanı onun sürücülük vəsiqəsi və etibarnaməsi olmayan oğlu tərəfindən idarə olunmuşdur. Qeyd olunan hökmə əsasən hadisə zamanı “VAZ 21104” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 uzun müddətə pozulması ilə nəticələnən ağır dərəcəli bədən xəsarəti almışdır. Həmçinin, “VAZ 21104” markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5045 manat məbləğində maddi ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Qanunun 14.2.4-cü maddəsinə əsasən, əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarətə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 30%-i təşkil edir. İddiaçı dəymiş zərərlə bağlı zərərçəkənlər X6 1500 manat, X4 5000 manat sığorta ödənişi həyata keçirmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 1(037)-53/2022 nömrəli hökmünə əsasən Cavabdeh1 Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir. Sığortalı nəqliyyat vasitəsi etibarnamə əsasında alğı-satqı edilmklə Cavabdeh2 qanuni sahibliyinə verilmiş, hadisə zamanı nəqliyyat vasitəsinisürən onun oğlu Cavabdeh1 isə nə sürücülük vəsiqəsi, nə də etibarnaməsi olmuşdur. Ona görə də cavabdehlərə qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehlərdən X1 uzun müddətə pozulması ilə nəticələnən ağır dərəcəli bədən xəsarətinə görə 1500 manat, “VAZ 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat, və ödənilmiş 65 manat dövlət rüsumu – cəmi 6585 (altı min beş yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 izahat verərək göstərdi ki, iddiaçının iddia tələbinə heç bir etirazı yoxdur. İş üzrə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh2 Cavabdeh1 izahatının məzmununa uyğun izahat verərək iş üzrə qərar qəbul edilməsini xahiş etdi. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən müəyyən edilir ki, 05 sentyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Qaraməryən-İsmayıllı yolu, İsmayıllı rayonu Balik kəndində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 “VAZ 2106” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(037)-53/2022 nömrəli hökmünün surətindən müəyyən edilir ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 17 iyun 2023-cü il tarixli, №117621 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “VAZ 21063” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. 13 dekabr 2022-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5045 manat müəyyən edilmişdir. Sığorta məbləğinin son həddi 5000 manat olduğundan 5000 manat sığorta ödənişi X3 hesabına köçürülmüşdür. 17 iyun 2023-cü il tarixli, №117623 nömrəli sığorta aktının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “VAZ 21063” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı X7 xəsarət almışdır. MTE VƏ PAB rəyinə əsasən sağlamlığa vurulan zərər 1500 manat müəyyən edilmişdir. Sağlamlığa vurulan zərər sığorta məbləğinin 30%-i təşkil etdiyindən 1500 sığorta ödənişi X5 hesabına köçürülmüşdür. 15 dekabr 2022-ci il tarixli, №8138 nömrəli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən №117623 nömrəli sığorta aktına əsasən 1500 manat sığorta ödənişi X5 hesabına ödənilmişdir. 15 dekabr 2022-ci il tarixli, №8141 nömrəli ödəniş tapşırığının surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən №117621 nömrəli sığorta aktına əsasən 5000 manat sığorta ödənişi X3 hesabına ödənilmişdir. 12 iyun 2023-cü il tarixli O-AS-2023-0709 nömrəli pretenziyanın surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 6500 manat sığorta məbləği subroqasiya qaydasında Cavabdeh1 tələb edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 12 yanvar 2024-cü il tarixli O-A-2024-0089 nömrəli pretenziyanın surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 6500 manat sığorta məbləği subroqasiya qaydasında Cavabdeh2 tələb edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 18 mart 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 85 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 05 sentyabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Qaraməryən-İsmayıllı yolu, İsmayıllı rayonu Balik kəndində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 “VAZ 2106” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, 1(037)-53/2022 nömrəli hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 13 dekabr 2022-ci il tarixli nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5045 manat müəyyən edilmişdir. Sığorta məbləğinin son həddi 5000 manat olduğundan 5000 manat sığorta ödənişi X3 hesabına köçürülmüşdür. MTE VƏ PAB rəyinə əsasən sağlamlığa vurulan zərər 1500 manat müəyyən edilmişdir. Sağlamlığa vurulan zərər sığorta məbləğinin 30%-i təşkil etdiyindən 1500 sığorta ödənişi X5 hesabına köçürülmüşdür. 15 dekabr 2022-ci il tarixli, №8138 nömrəli ödəniş tapşırığı üzrə iddiaçı tərəfindən №117623 nömrəli sığorta aktına əsasən 1500 manat sığorta ödənişi X5 hesabına ödənilmişdir. 15 dekabr 2022-ci il tarixli, №8141 nömrəli ödəniş tapşırığını üzrə isə iddiaçı tərəfindən №117621 nömrəli sığorta aktına əsasən 5000 manat sığorta ödənişi X3 hesabına ödənilmişdir. İddiaçı pretenziya məktubları 6500 manat sığorta məbləği subroqasiya qaydasında cavabdehlərdən tələb edilmişdir. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı cavabdehlərdən X1 uzun müddətə pozulması ilə nəticələnən ağır dərəcəli bədən xəsarətinə görə 1500 manat, “VAZ 21104” markalı **-BU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat, və ödənilmiş 65 manat dövlət rüsumu – cəmi 6585 (altı min beş yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər iddiaçının iddia tələbinə heç bir etirazlarının olmadığını bildirərək iş üzrə qərar qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı aydın olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.2-ci maddəsinə əsasən delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, Cavabdeh2 özünə məxsus avtomobili sürücülük vəsiqəsi və idarəetmə hüququ olmayan Cavabdeh1 verdiyinə və Cavabdeh1 həmin avtomobillə toqquşaraq qəza törətdiyinə görə birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 85 manat dövlət rüsumu məbləği də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada X1 uzun müddətə pozulması ilə nəticələnən ağır dərəcəli bədən xəsarətinə görə 1500 manat, “VAZ 21104” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5000 manat, və ödənilmiş 65 manat dövlət rüsumu – cəmi 6585 (altı min beş yüz səksən beş) manat tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-540/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-540/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver