Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-543/2025 30.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) BL778052 nömrəli 20 sentyabr 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 75,98 manat əsas borc, BL791802 nömrəli 23 oktyabr 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 355,99 manat əsas borc, BL837233 nömrəli 29 yanvar 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 407,38 manat əsas borc və BL 899770 nömrəli 29 may 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə yaranmış 78,55 manat əsas borc, ümumilikdə 917,9 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanılmış 20 sentyabr 2022-ci il tarixli BL778052 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın dəyərini 18 ay müddətinə hər ayın 20-dən gec olmamaqla 56 manat, 23 oktyabr 2022-ci il tarixli BL791802 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın dəyərini 18 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 74 manat, 29 yanvar 2023-cü il tarixli BL837233 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın dəyərini 18 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 54 manat və 29 may 2023-cü il tarixli BL899770 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın dəyərini 18 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 122 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilələr üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. İddiaçı BL778052 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 75,98 manat əsas borc, BL791802 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 355,99 manat əsas borc, BL837233 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 407,38 manat əsas borc və BL899770 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 78,55 manat əsas borc, ümumilikdə 917,9 manat borc məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 18 mart 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 20 sentyabr 2022-ci il tarixli BL778052 nömrəli nisyə satış müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 54 manat ödəmək şərti ilə cəmi 937,98 manat dəyərində Samsung A336 markalı telefon satılmışdır. - 28 oktyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 20 sentyabr 2022-ci il tarixli BL778052 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 75,98 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 11 mart 2025-ci il tarixli borca dair arayışın surətindən görünür ki, cavabdeh 20 sentyabr 2022-ci il tarixli BL778052 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 872 manat ödəniş etmiş, 75,98 manat əsas borcu qalmışdır. - 23 oktyabr 2022-ci il tarixli BL791802 nömrəli nisyə satış müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 74 manat ödəmək şərti ilə cəmi 1312,99 manat dəyərində avadanlıq satılmışdır. - 28 oktyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 23 oktyabr 2022-ci il tarixli BL791802 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 355,99 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 11 mart 2025-ci il tarixli borca dair arayışın surətindən görünür ki, cavabdeh 23 oktyabr 2022-ci il tarixli BL791802 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 957 manat ödəniş etmiş, 355,99 manat əsas borcu qalmışdır. - 29 yanvar 2023-cü il tarixli BL837233 nömrəli nisyə satış müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 54 manat ödəmək şərti ilə cəmi 943,38 manat dəyərində avadanlıq satılmışdır. - 28 oktyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 29 yanvar 2023-cü il tarixli BL837233 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 407,38 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 11 mart 2025-ci il tarixli borca dair arayışın surətindən görünür ki, cavabdeh 29 yanvar 2023-cü il tarixli BL837233 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 536 manat ödəniş etmiş, 407,38 manat əsas borcu qalmışdır. - 29 may 2023-cü il tarixli BL899770 nömrəli nisyə satış müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 122 manat ödəmək şərti ilə cəmi 1674,55 manat dəyərində Samsung A145 markalı iki ədəd satılmışdır. - 28 oktyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 29 may 2023-cü il tarixli BL899770 nömrəli nisyə satış müqaviləsi üzrə yaranmış 78,55 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - 11 mart 2025-ci il tarixli borca dair arayışın surətindən görünür ki, cavabdeh 29 may 2023-cü il tarixli BL899770 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 1596 manat ödəniş etmiş, 78,55 manat əsas borcu qalmışdır. -11 mart 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 20 sentyabr 2022-ci il tarixli BL778052 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın 937,98 manat dəyərini 18 ay müddətinə hər ayın 20-dən gec olmamaqla 56 manat, 23 oktyabr 2022-ci il tarixli BL791802 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın 1312,99 manat dəyərini 18 ay müddətinə hər ayın 23-dən gec olmamaqla 74 manat, 29 yanvar 2023-cü il tarixli BL837233 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın 943,38 manat dəyərini 18 ay müddətinə hər ayın 28-dən gec olmamaqla 54 manat və 29 may 2023-cü il tarixli BL899770 nömrəli nisyə satış müqaviləsinə əsasən cavabdeh aldığı malın 1674,55 manat dəyərini 18 ay müddətinə hər ayın 29-dan gec olmamaqla 122 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 20 sentyabr 2022-ci il tarixli BL778052 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 872 manat ödəniş etmiş, 75,98 manat, 23 oktyabr 2022-ci il tarixli BL791802 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 957 manat ödəniş etmiş, 355,99 manat, 29 yanvar 2023-cü il tarixli BL837233 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 536 manat ödəniş etmiş, 407,38 manat 29 may 2023-cü il tarixli BL899770 nömrəli nisyə satış müqaviləsi üzrə cəmi 1596 manat ödəniş etmiş, 78,55 manat əsas borcu qalmışdır. İddiaçı cavabdehdən müqavilələr üzrə cəmi 917,9 manat borc və 30 manat dövlət rüsumu məbləğlərinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh BL778052 nömrəli 20 sentyabr 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə 75,98 manat əsas borc, BL791802 nömrəli 23 oktyabr 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə 355,99 manat əsas borc, BL837233 nömrəli 29 yanvar 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 407,38 manat əsas borc və BL 899770 nömrəli 29 may 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 78,55 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 947,9 manat məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh BL778052 nömrəli 20 sentyabr 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə 75,98 manat əsas borc, BL791802 nömrəli 23 oktyabr 2022-ci il tarixli nisyə satış müqaviləsi üzrə 355,99 manat əsas borc, BL837233 nömrəli 29 yanvar 2023-cü il tarixli nisyə satış müqaviləsi üzrə 407,38 manat əsas borc və BL 899770 nömrəli 29 may 2023cü il tarixli nisyə satış müqaviləsi üzrə 78,55 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 947 (doqquz yüz qıx yeddi) manat 90 (doxsan) qəpik məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-543/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-543/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver