Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-544/2025 30.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C markalı adapter, İmei kodu SKG2CW274V3 İPAD AİR 11 markalı planşet üçün 1688,08 manat ödənilməmiş hissə, 844,04 manat cərimə və 04 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu R9TWC00VXTF Samsung Galaxy TAB A9+ WİFİ markalı planşet üçün 796,96 manat ödənilməmiş hissə, 398,48 manat cərimə, ümumilikdə 3727,56 manat borc və 57,28 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1977,84 manat (18 ay + 109,88 manat + 0 manat ilkin ödəniş) olan Apple 20W USB-C markalı adapter, İmei kodu SKG2CW274V3 İPAD AİR 11 markalı planşet almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 04 avqust 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 843,84 manat (18 ay + 46,88 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu R9TWC00VXTF Samsung Galaxy TAB A9+ WİFİ markalı planşet almışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 336,64 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 18 mart 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 30 iyun 2024-cü il tarixli 08924060 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 109,88 manat olmaqla cəmi 1977,84 manat dəyərində Apple 20W USB-C markalı adapter, İmei kodu SKG2CW274V3 İPAD AİR 11 markalı planşet satılmışdır. - 04 avqust 2024-cü il tarixli 09646473 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 46,88 manat olmaqla cəmi 843,84 manat dəyərində İmei kodu R9TWC00VXTF Samsung Galaxy TAB A9+ WİFİ markalı planşet satılmışdır. - 07 fevral 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 13 fevral 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 1977,84 manat borc məbləğindən 289,76 manat ödəniş etmiş, 1688,08 manat ödənilməmiş hissə, 844,04 manat cərimə, 04 avqust 2024cü il tarixli müqavilə üzrə 843,84 manat borc məbləğindən 46,88 manat ödəniş etmiş, 796,96 manat ödənilməmiş hissə, 398,48 manat cərimə - hər iki müqavilə üzrə cəmi 3727,56 manat borcu qalmışdır. - 17 fevral 2025-ci il tarixli 73148292 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 57,28 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 30 iyun 2024-cü il tarixli 08924060 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 109,88 manat olmaqla cəmi 1977,84 manat dəyərində Apple 20W USB-C markalı adapter, İmei kodu SKG2CW274V3 İPAD AİR 11 markalı və 04 avqust 2024-cü il tarixli 09646473 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 46,88 manat olmaqla cəmi 843,34 manat dəyərində İmei kodu R9TWC00VXTF Samsung Galaxy TAB A9+ WİFİ markalı planşetlər satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 336,64 manat təşkil edir. Cavabdehin 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 1688,08 manat borcu qalmış, həmin borca 844,04 manat cərimə, 04 avqust 2024-cü il tarixli müqavilə üzrə 796,96 manat borcu qalmış, həmin borca 398,48 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C markalı adapter, İmei kodu SKG2CW274V3 İPAD AİR 11 markalı planşet üçün 1688,08 manat ödənilməmiş hissə, 844,04 manat cərimə və 04 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu R9TWC00VXTF Samsung Galaxy TAB A9+ WİFİ markalı planşet üçün 796,96 manat ödənilməmiş hissə, 398,48 manat cərimə, ümumilikdə 3727,56 manat borc və 57,28 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 1688,08 manat ödənilməmiş hissə və 04 avqust 2024cü il tarixli müqavilə üzrə 796,96 manat ödənilməmiş hissənin tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddia tələbinə əsasən cavabdehdən 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 844,04 manat və 04 avqust 2024-cü il tarixli müqavilə üzrə 398,48 manat cərimə məbləğləri alqı-satqı müqavilələrinin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğlər işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğlərdir və cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından məqsədə müvafiq deyildir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 30 iyun 2024-cü il tarixli müqavilə üzrə 844,04 manat və 04 avqust 2024-cü il tarixli müqavilə üzrə 398,48 manat cərimə məbləğlərinin tutulmasına dair hissələri qismən – müvafiq olaraq 169 manat və 80 manat həddində azaldılaraq cavabdehdən hər iki müqavilə üzrə əsas borcla birlikdə cəmi 2737,76 manat məbləğində borcun alınması təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləğinin 2734,76 manat olduğu nəzərə alınmaqla iddiaçı tərəfindən ödənilmiş 57,28 manat dövlət rüsumunun 47,35 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ödənilmiş 57,28 manat dövlət rüsumunun 9,93 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C markalı adapter, İmei kodu SKG2CW274V3 İPAD AİR 11 markalı planşet üçün 1688,08 manat ödənilməmiş hissə, 169 manat cərimə və 04 avqust 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu R9TWC00VXTF Samsung Galaxy TAB A9+ WİFİ markalı planşet üçün 796,96 manat ödənilməmiş hissə, 80 manat cərimə və 47,35 manat dövlət rüsumu olmaqla cəmi 2781,39 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 30 iyun 2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C markalı adapter, İmei kodu SKG2CW274V3 İPAD AİR 11 markalı planşet üçün 1688,08 manat ödənilməmiş hissə, 169 manat cərimə və 04 avqust 2024-cü il tarixli müqaviləyə əsasən Apple 20W USB-C markalı adapter, İmei kodu R9TWC00VXTF Samsung Galaxy TAB A9+ WİFİ markalı planşet üçün 796,96 manat ödənilməmiş hissə, 80 manat cərimə və 47,35 manat dövlət rüsumu, cəmi 2781 (iki min yeddi yüz səksən bir) manat 39 (otuz doqquz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Ödənilmiş 57,28 manat dövlət rüsumunun 9,93 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-544/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-544/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver