Məhkəmə qərarları › İş №e-2(037)-550/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-550/2024

10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-550/2024 10.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı alqı-satqı müqaviləsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh2 (bundan sonra cavabdeh) ilə 002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsini və (zamin) Cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsini və hər iki cavabdehdən ödənilməmiş 397.10 manat əsas, 290 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 717.10 manat pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı və Cavabdeh1 arasında №Z-002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 hər ay (08-i olmaqla) 35 manat ödəməlidir. Cavabdeh tərəfindən xx.xx.2023 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, Cavabdeh2 tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 397.10 manat əsas, 290 manat isə cərimə borcu yaranmışdır. İddiaçı birinci cavabdehlə bağlanmış 002115/2022 nömrəli, xx.xx.2023-cü il tarixli alqı-satqı və ikinci cavabdehlə bağlanmış zaminlik müqavilələrinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 397.10 manat əsas, 290 manat cərimə və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 717.10 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 01 aprel 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli 002115/2022 nömrəli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə saylı əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən birinci cavabdehə 24 ay müddətinə ödəmək şərtilə cəmi 840 manat dəyərində əşya satılmışdır. - xx.xx.2022-ci il tarixli Z-002115/2022 nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, ikinci cavabdeh xx.xx.2022-ci il tarixli 002115/2022 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə birinci cavabdehin iddiaçı qarşısında yaranmış öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - 10 avqust 2023-cü il tarixli xəbərdarlıqların surətindən görünür ki, cavabdehlərdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə yaranmış 397.10 manat əsas, 290 manat cərimə borcunun üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 11 avqust 2023-cü il tarixdə 30 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 arasında bağlanmış №Z-002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 24 ay müddətinə ödəmək şərtilə cəmi 840 manat dəyərində əşya satılmışdır. Cavabdeh tərəfindən xx.xx.2023 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Bildiriş göndərilməsinə baxmayaraq Cavabdeh2 tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 397.10 manat əsas, 290 manat isə cərimə borcu yaranmışdır. İddiaçı birinci cavabdehlə bağlanmış 002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı və ikinci cavabdehlə bağlanmış zaminlik müqavilələrinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 397.10 manat əsas, 290 manat cərimə və dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 717.10 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişlər. Göründüyü kimi, cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qərara gəlir ki, iddia tələbi iddiaçı ilə birinci cavabdeh arasında bağlanmış 002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin və iddiaçı ilə ikinci cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli №Z-002115/2022 nömrəli zaminlik müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 397.10 manat əsas borcun tutulması hissələrində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehlərdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən 290 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən - 39 manat həddində təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə cavabdehlər arasında bağlanmış 002115/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqısatqı və həmin tarixli zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlərdən müştərək qaydada 397.10 manat əsas, 39 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 466 (dörd yüz altmış altı) manat 10 (on) qəpik məbləği alınaraq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci tarixli, 002115/2022 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli № Z-002115/2022 saylı zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 397.10 manat əsas, 39 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 466 (dörd yüz altmış altı) manat 10 (on) qəpik məbləği alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar