Məhkəmə qərarları › İş №e-2(037)-551/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-551/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-551/2024 27.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Məmmədlı̇ Haldun Eyham oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 27 iyun 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Məmmədlı̇ Haldun Eyham oğlundan (bundan sonra cavabdeh) 28 mart 2023-cü il tarixli, 2701 nömrəli “Nisyə alğı-satqı haqqında” müqavilə üzrə 10130 manat borc və 121 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 10251 (on min iki yüz əlli bir) manat tutularaq İddiaçı xeyrinə ödənilsin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 28 avqust 2023-cü il tarixli, 2701 nömrəli “Nisyə alqı-satqı haqqında Müqavilə” bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən satış obyekti olan yeni “Elos Trio” cihazı 12 sentyabr 2023cü il tarixli təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmişdir. 12 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktı cavabdeh tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmentlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmentlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 13800 manat müəyyən edilmişdir. “Müqavilə Əlavəsi”nin 2.3-cü bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq cavabdeh tərəfindən hissə-hissə olmaqla ümumilikdə 3670 manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuş, 13 mart 2024-cü il tarixində 534 manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Cavabdehdən 28 mart 2023-cü il tarixli, 2701 nömrəli “Nisyə alğı-satqı haqqında” müqavilə üzrə 10130 manat borc və 121 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 10251 (on min iki yüz əlli bir) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 28 avqust 2023-cü il tarixli, 2701 nömrəli nisyə alğı-satqı haqqında müqavilənin və həmin tarixli müqavilə əlavəsinin surətlətindən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə 13800 manat dəyərində olan “Elos Trio” cihazı satılmışdır. 18 mart 2024-cü il tarixli xəbərdarlığın surətindən müəyyən edilir ki, cavabdehdən üç gün ərzində borcunun ödənilməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. 21 mart 2024-cü il tarixli maliyyə arayışının surətindən müəyyən edilir ki, 28 avqust 2023-cü il tarixli, 2701 nömrəli nisyə alğı-satqı haqqında müqaviləsi üzrə cavabdeh 13800 manat məbləğindən 3670 manat ödəniş etmiş, 10130 manat borcu qalmışdır. 21 mart 2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 121 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 28 avqust 2023-cü il tarixli, 2701 nömrəli nisyə alğı-satqı haqqında müqaviləsi və həmin tarixli müqavilə əlavəsinə əsasən iddiaçı tərəfindən cavabdehə 13800 manat dəyərində olan “Elos Trio” cihazı satılmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir. Cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, borcun ödənilməsini təmin etməmişdir. 21 mart 2024-cü il tarixli maliyyə arayışına əsasən 28 avqust 2023-cü il tarixli, 2701 nömrəli nisyə alğı-satqı haqqında müqaviləsi üzrə cavabdeh 13800 manat məbləğindən 3670 manat ödəniş etmiş, 10130 manat borcu qalmışdır. İddiaçı cavabdehdən 28 mart 2023-cü il tarixli, 2701 nömrəli “Nisyə alğı-satqı haqqında” müqavilə üzrə 10130 manat borc və 121 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 10251 (on min iki yüz əlli bir) manat tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 121 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Məmmədlı̇ Haldun Eyham oğlundan 28 mart 2023-cü il tarixli, 2701 nömrəli “Nisyə alğı-satqı haqqında” müqavilə üzrə 10130 manat borc və 121 manat ödənilmiş dövlət rüsum məbləği – cəmi 10251 (on min iki yüz əlli bir) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar