Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-558/2025 30.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 27 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 289 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 28,9 manat cərimə, ümumilikdə 341,5 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 27 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 456 manat (12 ay + 38 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 3 il xidməti almışdır. Cavabdeh aldığı malın dəyərindən 167 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 01 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 27 sentyabr 2023-cü il tarixli 10659 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 38 manat olmaqla cəmi 455,99 manat dəyərində İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 3 il xidməti satılmışdır. - 11 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 18 mart 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. - 18 mart 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 27 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 456 manat borc məbləğindən 167 manat ödəniş etmiş, 289 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 28,9 manat cərimə - cəmi 341,5 manat borcu qalmışdır. - 26 mart 2025-ci il tarixli 73471433 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 27 sentyabr 2023-cü il tarixli 10659 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 38 manat ödəmək şərti ilə cəmi 456 manat dəyərində İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 3 il xidməti satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 167 manat ödəniş etmiş, 289 manat borcu ödənilməmiş qalmış, həmin borca 28,9 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 289 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 28,9 manat cərimə borcu yaranmışdır. İddiaçı cəmi 341,5 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 27 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 289 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 28,9 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 371,5 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 27 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********27881 olan Xıaomi redmi 12C NFC markalı telefon, paket L xidməti, qızıl zəmanət ultra 3 il xidməti üçün 289 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 28,9 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 371 (üç yüz yetmiş bir) manat 50 (əlli) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-558/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-558/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver