Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-563/2024 10.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı ərizə ilə müraciət edərək aralarında bağlanmış 002853/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh ödənilməmiş 377.54 manat əsas, 106.56 manat cərimə vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 manat olmaqla toplam 514.10 manat pul vəsaitinin tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 002853/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh hər ay (19u olmaqla) 24 manat ödəməlidir. Cavabdeh tərəfindən xx.xx.2023 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Dəfələrlə bildiriş göndərilməsinə və pozulmuş öhdəliyin bərpa edilməsinin tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 377.54 manat əsas, 106.56 manat isə cərimə borcu yaranmışdır. İddiaçı cavabdehlə bağlanmış 002853/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 377.54 manat əsas, 106.56 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 514.10 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 02 aprel 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli 002853/2022 nömrəli nisyə alqı-satqı müqaviləsinin və müqaviləyə əlavənin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə hər ay 24 manat ödəmək şərtilə cəmi 720 manat dəyərində əşya satılmışdır. - 17 mart 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzə yaranmış 377.54 manat əsas, 106.56 manat borc məbləğinin üç iş günü ərzində ödənilməsi tələb edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 17 mart 2024-cü il tarixdə 30 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 002853/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 30 ay müddətinə ödəmək şərtilə 720 manat dəyərində əşya satılmışdır. Cavabdeh tərəfindən xx.xx.2023 tarixindən başlayaraq, öhdəlik pozulmuş, ödənişlər dayanmışdır. Bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən pozulmuş öhdəlik bərpa edilməmiş, bu günə 377.54 manat əsas, 106.56 manat isə cərimə borcu yaranmışdır. İddiaçı cavabdehlə bağlanmış 002853/2022 nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 377.54 manat əsas, 106.56 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 514.10 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qərara gəlir ki, iddia tələbi iddiaçı ilə cavabdeh arasında bağlanmış 002853/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 377.54 manat əsas borcun tutulması hissələrində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimə borcunun miqdarının yüksək olması nəzərə alınmaqla iddia tələbinin 106.50 manat cərimə borcunun tutulmasına dair hissəsi qismən - 37 manat həddində təmin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı ilə cavabdeh arasında bağlanmış 002853/2022 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsi ləğv edilməli, cavabdehdən 377.54 manat əsas, 37 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 444 (dörd yüz qırx dörd) manat 54 (əlli dörd) qəpik məbləği alınaraq İddiaçı ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 002853/2022 saylı nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh 377.54 manat əsas, 37 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 444 (dörd yüz qırx dörd) manat 54 (əlli dörd) qəpik məbləği alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-563/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-563/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver