Məhkəmə qərarları › İş №e-2(037)-601/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-601/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-601/2024 01.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Cavabdeh Sahı̇ b qızına qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 01 iyul 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sahı̇ b qızından 15 mart 2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********27740 olan İPHONE 14 PRO MAX markalı telefon, APPLE adapter üçün 4932,94 manat ödənilməmiş hissə, 930,06 manat dəbbə borcu, 5863 manat borc və 78,63 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi teleqram göndərərək iddia tələbini müdafiə etdiklərini bildirmiş, işə nümayəndənin iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 15 mart 2023-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 5594,94 manat (18 ay x 310,83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********27740 markalı İPHONE 14 PRO MAX telefon, APPLE adapter almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 662 manat təşkil edir. Ümumilikdə, 5863 manat olmaqla onun 4932,94 manat ödənilməmiş hissə, 930,06 manat dəbbə borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuşdur. 15 mart 2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktı ilə cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin 09 mart 2024-cü il tarixli göndərilən xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı cavabdehdən müqavilə üzrə cəmi 5863 manat borc, 930,06 manat dəbbə pulunun və 78,63 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, səhhəti ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Xəstəliyi ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -15 mart 2023-cü il tarixli 04084231 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 310,83 manat olmaqla cəmi 5863 manat dəyərində İMEİ kodu **********27740 olan İPHONE 14 PRO MAX markalı telefon, APPLE adapter satılmışdır. -09 mart 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 15 mart 2023-cü il tarixli müqavilə üzrə aldığı əşyanın tam dəyərin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -15 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 15 mart 2023-cü il tarixli müqavilə üzrə 5594,94 manat borc məbləğindən 662 manat ödəniş etmiş, 4932,94 manat ödənilməmiş hissə, 930,06 manat dəbbə cəmi 5863 manat borcu qalmışdır. -İddiaçı tərəfindən 19 mart 2024-cü il tarixdə 79,03 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 15 mart 2023ci il tarixli müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 5594,94 manat (18 ay x 310,83 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********27740 markalı İPHONE 14 PRO MAX telefon, APPLE adapter satılmışdır. Cavabdeh borcundan 662 manat ödəniş etmişdir. Cavabdehin 15 mart 2024-cü il tarixə 4932,94 manat ödənilməmiş borcu qalmış, həmin borca 930,06 manat dəbbə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğinin ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən 15 mart 2023-ci il tarixli müqaviləyə əsasən İMEİ KOD **********27740 olan İPHONE 14 PRO MAX markalı telefon, APPLE adapter üçün 4932,94 manat ödənilməmiş hissə, 930,06 manat dəbbə borcu, cəmi 5863 manat borc və 78,63 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 15 mart 2023-cü il tarixli müqavilə üzrə 930,06 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksəkdir. Məhkəmə hesab edir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən müqavilə üzrə 930,06 manat dəbbə pulu tutulmasına dair hissədə qismən – 494 manat həddində təmin edilməlidir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 15 mart 2023-cü il tarixli müqaviləyə əsasən aldığı əşyaların dəyəri üçün 4932,94 manat ödənilməmiş hissə, 494 manat dəbbə pulu, 74,26 manat ödənilmiş dövlət rüsumu – cəmi 5501 (beş min beş yüz bir) manat 20 (iyirmi) qəpik məbləği alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Ödənilmiş dövlət rüsumunun 4,37 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Sahı̇ b qızından 15 mart 2023-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********27740 olan İPHONE 14 PRO MAX markalı telefon, APPLE adapter üçün 4932,94 manat ödənilməmiş hissə, 494 manat dəbbə pulu, 74,26 manat ödənilmiş dövlət rüsumu – cəmi 5501 (beş min beş yüz bir) manat 20 (iyirmi) qəpik məbləği alınaraq iddiaçı "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4,37 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar