Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-607/2025 14.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 (bundan sonra birinci cavabdeh) və Cavabdeh2 (bundan sonra ikinci cavabdeh) müştərək qaydada 27 noyabr 2022-ci il tarixli SBR000191 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 228 manat əsas borc, 34,2 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 ilə X6 arasında bağlanmış SBR000191 saylı 27 noyabr 2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən Mirəli Qarayev 450 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X8 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən X5 X4 qarşı olan 450 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehlərin bu günə 228 manat əsas borcu və 34,2 manat cərimə borcu yaranıb. İddiaçı QSC-nin 06 fevral 2025-ci il tarixli sorğusuna İsmayıllı Rayon Notariat Ofisinin xx.xx.2025-ci il tarixli cavabından məlum olmuşdur ki, X6 barəsində 31 yanvar 2023-cü il tarixli ölüm haqqında şəhadətnamə mövcuddur. Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh1 Mirəli oğlu “elektron notariat” informasiya sistemindən çıxarışa əsasən, mərhum X3 qanun üzrə vərəsələri müəyyən edilmişdir. Hazırda şəhadətnamə verilən miras əmlak 12 sentyabr 2022-ci il tarixli PQA********** nömrəli şəhadətnaməyə əsasən "xxxx" ASC tərəfindən ödəniləcək 5000 manat sığorta məbləğindən ibarətdir. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehlərə bildiriş göndərilmiş, lakin ödənilməli olan vəsait ödənilməmişdir. İddiaçı cavabdehlərdən 228 manat əsas borc, 34,2 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehlərə rəsmi qaydada bildiriş 09 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş -27 noyabr 2022-ci il tarixli SBR000191 saylı Nisyə Alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, X8 tərəfindən X4 450 manat dəyərində kişi geyimi satılmış, cavabdeh geyimi qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 6 ay müddətində hər ay 75 manat ödəməyi öhdəsinə götürmüşdür. -“Elektron notariat” X1 çıxarışdan görünür ki, X3 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh1 Mirəli oğludur. -24 fevral 2025-ci il tarixli bildirişlərin surətindən görünür ki, müqavilə üzrə borcun üç gün ərzində ödənilməsi cavabdehlərdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -07 aprel 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X3 27 noyabr 2022-ci il tarixli SBR000191 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə 07 aprel 2025-ci il tarixə 228 manat əsas, 34,2 manat cərimə olmaqla cəmi 262,2 manat borcu vardır. -21 fevral 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ilə X6 arasında bağlanmış 27 noyabr 2022-ci il tarixli SBR000191 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Kamal Dolxanov tərəfindən Mirəli Qarayevə 450 manat dəyərində kişi geyimi satılmış, Mirəli Qarayev geyimi qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 6 ay müddətində hər ay 75 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə X8 arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən X5 cavabdehə qarşı olan 450 manat məbləğindəki tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə Mirəli Qarayevə müvafiq bildiriş təqdim edilmişdir. İsmyıllı rayon Notariat Ofisi tərəfindən 07 noyabr 2023cü il tarixdə açılmış vərəsəlik işinə əsasən X3 qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, X9 və Cavabdeh1 Mirəli oğlu müəyyən edilmişdir. X11 nisyə alqı-satqı müqaviləsi üzrə 228 manat əsas borcu qalmışdır. X13 vəfat etdiyindən müqavilə üzrə borcun könüllü olaraq ödənilməsi mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 tələb edilmiş, vərəsə kimi müqavilə üzrə öhdəlikləri və maddi məsuliyyətləri barədə onlara xəbərdarlıq edilmiş, əks halda borcun məcburi qaydada qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi onlara izah edilmişdir. İddiaçı cavabdehlərdən müştərək qaydada 27 noyabr 2022-ci il tarixli SBR000191 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 228 manat əsas borc, 34,2 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarının əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X6 vəfat etdikdən sonra 27 noyabr 2022-ci il tarixli SBR000191 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə onunla iddiaçı arasında mövcud olmuş, hazırda mübahisə edilən hüquq münasibətləri hüquq varisliyinə yol verir. Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 31 may 2018-ci il tarixli 1290-xx.xx.2018-002962 nömrəli kredit müqaviləsi üzrə X2 iddiaçının qarşısında mövcud olmuş öhdəliklərinə görə onun vəfatından sonra həmin öhdəliklərin icrası vəzifəsi onun vərəsələri hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, X6 ilə iddiaçı arasında bağlanmış 27 noyabr 2022-ci il tarixli SBR000191 saylı Nisyə Alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərə görə hazırki iş üzrə cavabdehlər bilavasitə maddi məsuliyyət daşıdıqları üçün qeyd olunan müqaviləsi üzrə 228 manat əsas, 34,2 manat cərimə, 30 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla, cəmi 292 (iki yüz doxsan iki) manat 60 (altmış) qəpik məbləği da bilavasitə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 27 noyabr 2022-ci il tarixli SBR000191 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 228 manat əsas borc, 34,2 manat cərimə, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 292 (iki yüz doxsan iki) manat 60 (altmış) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-607/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-607/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver