Məhkəmə qərarları › İş №e-2(037)-612/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-612/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-612/2025 14.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə 14 iyul 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2024-cü il buraxılışlı, “VGV U75 PLUS” minik markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı, göy metallik rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması və Cavabdeh 25 iyun 2024-cü il tarixli,AUT-186 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 fevral 2025-ci il tarixə 1561.33 manat gecikdirilmiş əsas, 1665.65 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 718.26 manat dəbbə pulu, cəmi 3945.24 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış 23 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2024-cü il buraxılışlı, “VGV U75 PLUS” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı, göy metallik rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 817.09 manat, ümumilikdə isə 54724 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.Ödənilməli olan ümumilikdə 54724 manatın 39300 manatı əsas məbləğ təşkil edir. 27 sentyabr 2024-cü il tarixdə X4, X7 və İddiaçı MMC arasında AUT-186 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 23 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 25 oktyabr 2024-cü il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında AUT- 186 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 25 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür.“Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği,ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 1% hesanlanmaqla cərimə ödəyir.Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması,həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş,cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh Mehdi oğlunun AUT-658 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 26 fevral 2025-ci il tarixə ümumilikdə 3945.24 manat borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək mülki işə iştirakları olmadan baxıb iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş,məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli №AUT-186 nömrəli daxili lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC ilə X4 arasında xx.xx.2024-cü il tarixli №AUT-186 nömrəli daxili lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən 2024-cü il buraxılışlı, “VGV U75 PLUS” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı, göy metallik rəngli avtomobil sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. xx.xx.2024-cü il tarixli “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) surətindən görünür ki, “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan X4 illik 16% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 817.09 manat, ümumilikdə isə 54724 manat məbləğində pul vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, müqaviləyə 2 saylı əlavə olan təhvil təslim aktının surətindən görünür ki, ümumi dəyəri 39.300 manat olan 2024-cü il buraxılışlı, “VGV U75 PLUS” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı, göy metallik rəngli avtomobil xx.xx.2024-cü il tarixdə İddiaçı MMC tərəfindən X3 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, № AUT-186 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 27 sentyabr 2024-cü il tarixdə X4, X7 və İddiaçı MMC arasında AUT-186 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 23 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsi üzrə X7 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, müqaviləyə əlavə olan təhvil təslim aktının surətindən görünür ki, X4 ilə X7 arasında xx.xx.2024-cü il tarixdə təhvil təslim aktı imzalanmış, təhvil təslim aktına əsasən X1 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “VGV U75 PLUS” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 tərəfindən təhvil alınmışdır. xx.xx.2024-cü il tarixli, № AUT-186 nömrəli öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən görünür ki, 25 oktyabr 2024-cü il tarixdə X7,Cavabdeh və İddiaçı MMC arasında AUT-186 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 25 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli, müqaviləyə əlavə olan təhvil təslim aktının surətindən görünür ki, X7 ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə təhvil təslim aktı imzalanmış, təhvil təslim aktına əsasən X5 istifadəsinə verilmiş saz vəziyyətdə olan və İddiaçı MMC-nin mülkiyyətində olan “VGV U75 PLUS” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixli, №706 nömrəli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 25 oktyabr 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsi üzrə 26 fevral 2025-ci il tarixə gecikdirilmiş 1561.33 manat əsas borc, 1665.65 manat gecikdirilmiş mükafat borcu və həmin günə gecikdirməyə görə hesablanmış 718.26 manat dəbbə pulu olmaqla, ümumilikdə 3945.24 manat təşkil edir. xx.xx.2025-ci il tarixli, №032 nömrəli Cavabdeh ünvanlanmış xəbərdarlıq bildirişinin surətindən görünür ki,yaranmış borcun qısa zaman ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 14221103 büdcə təsnifatı koduna 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur.Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən Lizinq verənin Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən,lizinq müqaviləsi ləğv edildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən, lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-7.11-ci maddəsinə əsasən,lizinq ödənişlərinin ümumi məbləğinə (Lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər,lizinq verənin mükafatının məbləği, Lizinq verənin əlavə xidmətlərinin haqqı və s.) daxildir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki,İddiaçı MMC ilə Esmira Abdullayeva arasında bağlanmış 23 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2024-cü il buraxılışlı, “VGV U75 PLUS” markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı,göy metallik rəngli avtomobil sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 27 sentyabr 2024-cü il tarixdə Esmira Abdullayeva və Elsevər Alışov ilə İddiaçı MMC arasında AUT-186 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 23 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsi üzrə Elsevər Alışov bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 25 oktyabr 2024-cü il tarixdə Elsevər Alışov və Cavabdeh ilə İddiaçı MMC arasında AUT-186 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 25 iyun 2024-cü il tarixli AUT-186 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə,qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Lizinq obyekti olan 2024-cü il buraxılışlı, “VGV U75 PLUS” minik markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı, göy metallik rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı və Cavabdeh İddiaçı MMC-nin xeyrinə 25 iyun 2024-cü il tarixli, AUT-186 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 fevral 2025-ci il tarixə 1561.33 manat gecikdirilmiş əsas və 1665.65 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 718.26 manat dəbbə pulu, cəmi 3945.24 manat borc məbləği tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi,qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Lizinq obyekti olan 2024-cü il buraxılışlı, “VGV U75 PLUS” minik markalı, **-YV-*** dövlət qeydiyyat nişanlı, göy metallik rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 25 iyun 2024-cü il tarixli, AUT-186 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 fevral 2025-ci il tarixə 1561.33 manat gecikdirilmiş əsas, 1665.65 manat gecikdirilmiş mükafat, həmin günə hesablanmış 718.26 manat dəbbə pulu, cəmi 3945.24 manat borc və ödənilmiş 100 manat dövlət rüsumu məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar