Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-613/2023 05.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğluna qarşı pul tələbinə dair mülki işə 05 iyul 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "ABC-TELECOM" Məhdud Məsulı̇ yyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla ümumilikdə 287 manat borcun və 30 manat dövlət rüsumu məbləğinin cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlundan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almış və nəticədə 287 (iki yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 626.4 (altı yüz iyirmi altı manat qırx qəp) manat (12 ay x 52.2 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün ümumilikdə 287 (iki yüz səksən yeddi) manat olmaqla, ondan, 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 365.4 manat təşkil edir. İddiaçı xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla ümumilikdə 287 (iki yüz səksən yeddi) manat ödənilmiş dövlət rüsumu məbləğinin cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlundan alınaraq "xxxx" MMC-yə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, teleqram göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyindən işə iştirakı olmadan baxılmasını və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğluna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlu 27 aprel 20232-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə ərizə ünvanlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ABC Telecomdan aldığı XİAOMİ REDMİ NOTE 9 markalı telefonun ekranı sındığından və məhsulu alarkən ABC Telecom tərəfindən qızıl zəmanət verildiyindən servisdən ona köhnə telefon verilmiş və zədəli telefon 15 gün müddətinə təmir edilməsi üçün götürülmüşdür. 15 gündən sonra telefon ona təqdim edilmiş, lakin təmir edilən ekran orjinal olmadığından bir gün sonra yenə işləmədiyindən cavabdeh telefonu Kontakt Home mağazasında qoyub getmiş, ödəniş etməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 21071476 saylı kredit müqaviləsindən görünür ki, həmin tarixdə cavabdeh İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almış və nəticədə 287 (iki yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 626.4 (altı yüz iyirmi altı manat qırx qəp) manat (12 ay x 52.2 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon manat pul vəsaitini müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən cavabdeh tərəfindən əsas borc yaxud onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda, iddiaçının müqavilə üzrə borcların vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 21071476 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş müddətdə 626,4 manat kredit borcunu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə öhdəlikləri və maddi məsuliyyəti barədə xəbərdarlıq edilmiş, əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi izah edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə cavabdehin xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 261 manat ödənilməmiş hissə, 26 manat cərimə olmaqla ümumilikdə 287 manat kredit borcunun qaldığı qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon almış və nəticədə 287 (iki yüz səksən yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 626.4 (altı yüz iyirmi altı manat qırx qəp) manat (12 ay x 52.2 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün ümumilikdə 287 (iki yüz səksən yeddi) manat olmaqla, ondan, 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26 (iyirmi altı) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 365.4 manat təşkil edir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazimi qaydada yerinə yetirməmişdir. İddiaçı cavabdehdən 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla ümumilikdə 287 (iki yüz səksən yeddi) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Məhkəmə cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlunun 27 aprel 20232-cü il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlandığı ərizədəki xüsusatlara münasibət bildirərək qeyd edir ki, o, ABC Telecomdan aldığı XİAOMİ REDMİ NOTE 9 markalı telefonun ekranı sındığından və məhsulu alarkən ABC Telecom tərəfindən qızıl zəmanət verildiyindən servisdən ona köhnə telefon verildiyini və zədəli telefon 15 gün müddətinə təmir edilməsi üçün götürüldüyünü, 15 gündən sonra telefon ona təqdim edildiyini, lakin təmir edilən ekran orjinal olmadığından bir gün sonra yenə işləmədiyindən telefonu Kontakt Home mağazasında qoyub getdiyini və ödəniş etməyəcəyini dediyini bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2020-ci il tarixli müqavilə üzrə İmei Kodu **********44475 XİAOMİ REDMİ NOTE 9 markalı telefon üçün 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla ümumilikdə 287 (iki yüz səksən yeddi) manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Qaçaylı Eşqı̇ n Novruz oğlundan 261 (iki yüz altmış bir) manat ödənilməmiş hissə, 26 (iyirmi altı) manat cərimə olmaqla ümumilikdə 287 (iki yüz səksən yeddi) manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-613/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-613/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver