Məhkəmə qərarları › İş №e-2(037)-625/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-625/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-625/2024 15.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********97049 olan Samsung Galaxy A24 markalı telefon, kıeslect callıng watch qol saatı üçün 978,96 manat ödənilməmiş hissə, 97,04 manat cərimə və 01 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********61075 olan İPhone 15 markalı telefon, vinil mat, apple adapter üçün 3517,92 manat ödənilməmiş hissə, 351,08 manat cərimə, ümumilikdə 4945 manat borc və 69,45 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 978,96 manat (12 ay + 81,58 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********97049 olan Samsung Galaxy A24 markalı telefon, kıeslect callıng watch qol saatı almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 01 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 3517,92 manat (18 ay + 195,44 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********61075 olan İPhone 15 markalı telefon, vinil mat, apple adapter almışdır. Cavabdeh hər iki müqavilə üzrə ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 08 aprel 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Sulut kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin ərazidə yaşamadığı, daimi olaraq Bakı şəhərində yaşadığı, məhkəmə sənədi barəsində cavabdehin əmisi X1 məlumat verilmiş və məktubun cavabdehə çatdırılması bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 08 sentyabr 2023-cü il tarixli 14484249 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 81,58 manat olmaqla cəmi 978,98 manat dəyərində İmei kodu **********97049 olan Samsung Galaxy A24 markalı telefon, kıeslect callıng watch qol saatı satılmışdır. - 01 oktyabr 2023-cü il tarixli 13864912 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 195,44 manat olmaqla cəmi 3517,9 manat dəyərində İmei kodu **********61075 olan İPhone 15 markalı telefon, vinil mat, apple adapter satılmışdır. - 02 mart 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 26 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 08 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 978,96 manat borc məbləğindən ödəniş etməmiş, 978,96 manat ödənilməmiş hissə, 97,04 manat cərimə, 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 3517,92 manat borc məbləğindən ödəniş etməmiş, 3517,92 manat ödənilməmiş hissə, 351,08 manat cərimə - hər iki müqavilə üzrə cəmi 4945 manat borcu qalmışdır. - 28 mart 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 69,45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 08 sentyabr 2023-cü il tarixli 14484249 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 81,58 manat ödəmək şərti ilə cəmi 978,96 manat dəyərində İmei kodu **********97049 olan Samsung Galaxy A24 markalı telefon, kıeslect callıng watch qol saatı, 01 oktyabr 2023-cü il tarixli 13864912 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 195,44 manat ödəmək şərti ilə cəmi 3517,92 manat dəyərində İmei kodu **********61075 olan İPhone 15 markalı telefon, vinil mat, apple adapter satılmışdır. Cavabdeh aldığı malların dəyərindən ödəniş etməmişdir. Cavabdehin 08 sentyabr 2023-cü il tarixli müqavilə üzrə 978,96 manat borcu qalmış, həmin borca 97,04 manat cərimə, 01 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 3517,92 manat borcu qalmış, həmin borca 351,08 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 4945 manat borcu yaranmışdır. İddiaçı cəmi 4945 manat borcu və ödənilmiş 69,45 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 08 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********97049 olan Samsung Galaxy A24 markalı telefon, kıeslect callıng watch qol saatı üçün 978,96 manat ödənilməmiş hissə, 97,04 manat cərimə, 01 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********61075 olan İPhone 15 markalı telefon, vinil mat, apple adapter üçün 3517,92 manat ödənilməmiş hissə, 351,08 manat cərimə və 69,45 manat dövlət rüsumu, cəmi 5014,45 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 08 sentyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********97049 olan Samsung Galaxy A24 markalı telefon, kıeslect callıng watch qol saatı üçün 978,96 manat ödənilməmiş hissə, 97,04 manat cərimə, 01 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********61075 olan İPhone 15 markalı telefon, vinil mat, apple adapter üçün 3517,92 manat ödənilməmiş hissə, 351,08 manat cərimə və 69,45 manat dövlət rüsumu, cəmi 5014 (beş min on dörd) manat 45 (qırx beş) qəpik məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar