Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-635/2024 23.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-cü il tarixli və xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisioner üçün, 575 (beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN TOSHİBA 63.2 (altmış üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6.8 (altı manat səksən qəpik) manat cərimə olmaqla cəmi 702 manat borc, 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış "xxxx" MMC ilə xx.xx.2021-cü il, xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisioner və PALTARYUYAN TOSHİBA almış və nəticədə 702 (yeddi yüz iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1778.9 (min yeddi yüz yetmiş səkkiz manat doxsan qəpik) manat (24 ay x 74 manat + 2.9 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioner üçün ümumilikdə, 632 (altı yüz otuz iki) manat olmaqla ondan, 575 (beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 57 (əlli yeddi) manat cərimə; xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1027.8 (min iyirmi yeddi manat səksən qəpik) manat (18 ay x 57.1 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN TOSHİBAüçün ümumilikdə, 70 (yetmiş) manat olmaqla ondan, 63.2 (altmış üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.8 (altı manat səksən qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2168.5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh xx.xx.2021-cü il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 15 aprel 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2021-cü il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə hər ay 74 manat olmaqla cəmi qiyməti 1778.9 (min yeddi yüz yetmiş səkkiz manat doxsan qəpik) manat (24 ay x 74 manat + 2.9 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioner satılmışdır. -xx.xx.2021-cü il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 57.1 manat olmaqla cəmi qiyməti 1027.8 (min iyirmi yeddi manat səksən qəpik) manat (18 ay x 57.1 manat + 0 manat ilkin ödəniş) olan TOSHİBA paltaryuyan satılmışdır. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən xx.xx.2021-cü il, xx.xx.2021-cü il tarixli müqavilələr müqavilə üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -19 mart 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2021-cü il tarixli və xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən 575 manat ödənilməmiş hissə, 57 manat cərimə, xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən 63.2 manat ödənilməmiş hissə, 6.8 manat cərimə olmaqla cəmi 702 manat borcu qalmışdır. -25 mart 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış xx.xx.2021-cü il tarixli və xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisioner üçün, 575 (beş yüz yetmiş beş) manat ödənilməmiş hissə, 57 (əlli yeddi) manat cərimə, xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, PALTARYUYAN TOSHİBA 63.2 (altmış üç manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 6.8 (altı manat səksən qəpik) manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 702 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021cü il tarixli müqaviləsinə əsasən 575 manat ödənilməmiş hissə, 57 manat cərimə, xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, 63.2 manat ödənilməmiş hissə, 6.8 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 732 (yeddi yüz otuz iki) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən 575 manat ödənilməmiş hissə, 57 manat cərimə, xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, 63.2 manat ödənilməmiş hissə, 6.8 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla cəmi 732 (yeddi yüz otuz iki) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-635/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-635/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver