Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-638/2025 20.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 43,8 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 4,38 manat cərimə və 30 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********42477 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 78,9 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 7,89 manat cərimə, ümumilikdə 182,17 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 12 iyun 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1597,64 manat (18 ay + 88,58 manat + 3,2 manat ilkin ödəniş) olan Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 30 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1070,04 manat (12 ay + 89,17 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********42477 olan Samsung Galaxy A54 5G markalı telefon almışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2544,98 manat təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 12 iyun 2023-cü il tarixli 09413478 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 3,2 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 88,58 manat olmaqla cəmi 1597,76 manat dəyərində Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon satılmışdır. - 30 oktyabr 2023-cü il tarixli 19601514 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 89,17 manat olmaqla cəmi 1070,04 manat dəyərində İmei kodu **********42477 olan Samsung Galaxy A54 5G markalı telefon satılmışdır. - 31 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 08 aprel 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********42477 olan Samsung Galaxy A54 5G markalı və İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefonların açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə hə bir telefon üçün 23,6 manat, ümumilikdə 47,2 manat pul ödənilmişdir. - 08 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 12 iyun 2023-cü il tarixli müqavilə üzrə 1597,64 manat borc məbləğindən 1553,84 manat ödəniş etmiş, 43,8 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 4,38 manat cərimə, 30 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 1070,04 manat borc məbləğindən 991,14 manat ödəniş etmiş, 78,9 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 7,89 manat cərimə - hər iki müqavilə üzrə cəmi 182,17 manat borcu qalmışdır. - 10 fevral 2025-ci il tarixli 73089097 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 12 iyun 2023-cü il tarixli 09413478 nömrəli müqaviləyə əsasən 3,2 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 88,58 manat olmaqla cəmi 1597,64 manat dəyərində və 30 oktyabr 2023-cü il tarixli 19601514 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 89,17 manat olmaqla cəmi 1070,04 manat dəyərində Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefonlar satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2544,98 manat təşkil edir. Cavabdehin 12 iyun 2023-cü il tarixli müqavilə üzrə 43,8 manat borcu qalmış, həmin borca 4,38 manat cərimə, 30 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 78,9 manat borcu qalmış, həmin borca 7,89 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********42477 olan Samsung Galaxy A54 5G markalı və İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefonların açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə hə bir telefon üçün 23,6 manat, ümumilikdə 47,2 manat pul ödənilmişdir. İddiaçı cavabdehdən 12 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 43,8 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 4,38 manat cərimə və 30 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 78,9 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 7,89 manat cərimə, ümumilikdə 182,17 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12 iyun 2023cü il tarixli müqaviləyə əsasən Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 43,8 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 4,38 manat cərimə və 30 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 78,9 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 7,89 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 212,17 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12 iyun 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 43,8 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 4,38 manat cərimə və 30 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən Samsung 25W charger, paket L xidməti, qızıl zəmanət ultra 1 (kontakt) xidməti, İmei kodu **********07692 olan Samsung Galaxy A54 5G markalı telefon üçün 78,9 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 7,89 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 212 (iki yüz on iki) manat 17 (on yeddi) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-638/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-638/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver