Məhkəmə qərarları › İş №e-2(037)-639/2023

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №e-2(037)-639/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № e-2(037)-639/2023 17.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı cavabdeh Mı̇ rı̇ yeva Sevı̇ nc Əlı̇ surət qızına qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mı̇ rı̇ yeva Sevı̇ nc Əlı̇ surət qızından 02 oktyabr 2019-cu il il tarixli “Nisyə alqı-satqı” müqaviləsinə əsasən 1180 manat gecikdirilmiş borcun, 94,4 manat cərimənin və ödənilmiş 33,15 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmı̇ yyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək işin baxılmamış saxlanmasını iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Mı̇ rı̇ yeva Sevı̇ nc Əlı̇ surət qızı işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, İddiaçı cavabdeh Mı̇ rı̇ yeva Sevı̇ nc Əlı̇ surət qızına qarşı pul tələbinə dair iddia ərizəsi iddiaçının ərizənin qaytarılması barədə vəsatət verməsi, cavabdehin isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi əsası ilə baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 32,75 (otuz iki manat yetmiş beş qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Mı̇ rı̇ yeva Sevı̇ nc Əlı̇ surət qızına qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İddiaçı “Kazimoff Group" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş 32,75 (otuz iki manat yetmiş beş qəpik) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar