Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-647/2025 20.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 24 fevral 2022-ci il tarixli İSMK04431 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 390,49 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli İSMK04431 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 682,49 manat dəyərində nisyə aldığı malın dəyərindən 33 manat ilkin ödəniş etmiş, qalıq 649,49 manat borcu isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və müqaviləyə əlavə olan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 649,49 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Eyni zamanda tələb hüququnun iddiaçıya keçməsi barədə nisyə alqısatqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdehin iddiaçıya 390,49 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə üzrə yaranmış borcu ödəməkdən yayınmışdır. İddiaçı cavabdehdən 390,49 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 16 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 24 fevral 2022-ci il tarixli İSMK04431 saylı Nisyə Alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə 682,49 manat dəyərində 1 ədəd Realme markalı telefon satılmış, cavabdeh əşyanı qəbul etmiş, 33 manat ilkin ödəniş etməklə qalıq 649,49 manat dəyərini müqavilə ilə müəyyənləşdirilmiş 12 ay müddətində hər ay 54 manat ödəməyi öhdəsinə götürmüşdür. - 07 aprel 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 24 fevral 2022-ci il tarixli İSMK04431 nömrəli Nisyə Alqı-satqı müqaviləsi üzrə 390,49 manat borcu vardır. - 08 aprel 2025-ci il tarixli bildirişin surətindən görünür ki, müqavilə üzrə borcun üç gün ərzində ödənilməsi cavabdehdən tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -15 aprel 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli İSMK04431 saylı nisyə alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən cavabdehə 682,49 manat dəyərində 1 ədəd Realme markalı telefon satılmış, cavabdeh əşyanı qəbul etmiş, 33 manat ilkin ödəniş etməklə qalıq 649,49 manat dəyərini müqavilə ilə müəyyənləşdirilmiş 12 ay müddətində hər ay 54 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin cavabdehə qarşı olan 649,49 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Tələb etmə hüququnun iddiaçıya keçməsi barədə cavabdehə müvafiq bildiriş təqdim edilmişdir. Müqavilənin 2.4.4-cü maddəsinə əsasən mal alan borcu vaxtında ödəmədikdə satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0,5 % miqdarında dəbbə pulu ödəməlidir. İddiaçı cavabdehdən 390,49 manat əsas, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 24 fevral 2022ci il tarixli İSMK04431 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 390,49 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 420,89 manat məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 24 fevral 2022-ci il tarixli İSMK04431 saylı Nisyə Alqı-satqı müqaviləsi üzrə 390,49 manat əsas borc, 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat 89 (səksən doqquz) qəpik məbləği alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-647/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-647/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver