Məhkəmə qərarları › İş №e-2(037)-648/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-648/2024

23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-648/2024 23.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 805,54 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Abonent kodu **********00371 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya 805,54 manat borcu yaranmışdır. Cavabdehə borcun ödənilməsi ilə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə yaranmış elektrik enerjisinin haqqı olan 805,54 manat borcu bu günə qədər ödəməmişdir. Ona görə də Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 805,54 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş 15 aprel 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Basqal qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin ərazidə yaşamadığı, dəqiq ünvanın məlum olmadığı, cavabdeh özü və ya qohumu əraziyə gələrsə məhkəmə sənədinin həmin şəxsə təqdim ediləcəyi bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 18 sentyabr 2023-cü il tarixli “enerjitəchizatı mütəxəssisi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsinin surətindən görünür ki, elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,08, 0,09 və 0,13 manat tarif üzrə aparılır. - Abunə haqqında cədvəldən görünür ki, cavabdehin elektrik enerjisindən istifadəyə görə 805,54 manat borcu yaranmışdır. - 12 fevral 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən elektrik enerjisindən istifadəyə görə yaranmış 805,54 manat borc məbləğinin yeddi iş günü ərzində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - **********52 nömrəli qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən “ASAN ödəniş” sistemi vasitəsilə 30 manat dövlət rüsumu ödənilmişdir. - 12 fevral 2024-cü il tarixli 1/13-18 nömrəli pretenziyanın surətindən görünür ki, cavabdehdən istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 805,54 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 18 sentyabr 2023-cü il tarixli “enerjitəchizatı mütəxəssisi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar məişət abonenti istehlakçı qrupu üçün təyin edilmiş 1 kVts aktiv elektrik enerjisi 0,08, 0,09 və 0,13 manat tarif üzrə aparılır. Cavabdeh müqavilə şərtlərinə uyğun elektrik enerjisindən istifadə etmiş və nəticədə 805,54 manat borcu yaranmışdır. Cavabdehdən istifadə etdiyi elektrik enerjisinə görə yaranmış 805,54 manat borcun 7 gün ərzində ödənilməsi tələb olunsa da borc məbləği ödənilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 805,54 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına ödənilməsini tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 805,54 manat borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 805,54 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 835 (səkkiz yüz otuz beş) manat 54 (əlli dörd) qəpik alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar