Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-676/2022 27.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 27 may 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 1442 manat əsas, 158 manat cərimə və 36 manat ödənilmiş dövlət rüsumu – cəmi 1636 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 27 aprel 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 36 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 05 may 2022-ci il tarixdə almış, iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh ümumi dəyəri 1574 manat olan mal almışdır. Müqavilə şərtlərinə əsasən cavabdeh aldığı malın dəyərini 12 ay müddətində ödəməli idi. Cavabdeh müqavilə üzrə ödəniş etmiş, 08 dekabr 2021-ci il tarixə 1442 manat əsas borcu qalmışdır. Müqavilənin 5.4-cü bəndinə əsasən cavabdeh hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdehin 08 dekabr 2021-ci il tarixə cərimə borcu 158 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən 1442 manat əsas borc, 158 manat cərimə və 36 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 132 manat ödəməklə cəmi 1574 manat dəyərində Arçelik markalı televizor satılmışdır. 29 sentyabr 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 1574 manat dəyərində bir ədəd Arçelik markalı televizor cavabdehə təhvil verilmişdir. 08 dekabr 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən 1442 manat əsas və 158 manat cərimə - cəmi 1600 manat borcun üç gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 19 yanvar 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 29 sentyabr 2020-ci il tarixli müqavilə üzrə 08 dekabr 2021-ci il tarixə 1442 manat əsas və 158 manat cərimə, cəmi 1600 manat borcu qalmışdır. 12 aprel 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 36 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə hər ay 132 manat ödəməklə cəmi 1574 manat dəyərində Arçelik markalı televizor satılmışdır. Cavabdeh müqavilə üzrə borcundan ödəniş etmiş, 1442 manat əsas borcu ödənilməmiş qalmışdır. Müqavilənin şərtlərinə əsasən əsas borca 158 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən 1442 manat əsas, 158 manat cərimə borcu və 36 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 158 manat cərimə məbləği həmin müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun olaraq hesablansa da qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və yüksək məbləğdir. Şərh olunan əsaslara görə və qeyd olunan maddi hüquq normalarının tələbinə əsasən məhkəmə qərara gəlir ki, cavabdehin mülkiyyət maraqları nəzərə alınmaqla iddia tələbinin cavabdehdən 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 158 manat cərimə məbləği tutulmasına dair hissədə qismən - 50 manat həddində təmin edilməlidir. Məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflər arasında bağlanmış 29 sentyabr 2020-ci il tarixli ******* nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 1442 manat əsas və 50 manat cərimə məbləği cavabdehdən alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdehdən 36 (otuz altı) manat dövlət rüsumu alınaraq iddiaçının hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1442 manat əsas, 50 manat cərimə və 36 manat dövlət rüsumu olmaqla, cəmi 1528 (bir min beş yüz iyirmi səkkiz) manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-676/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-676/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver