Məhkəmə qərarları › İş №e-2(037)-685/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-685/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-685/2025 22.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti üçün 67,76 manat ödənilməmiş hissə, 6,78 manat cərimə və 02 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 332,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 33,29 manat cərimə, ümumilikdə 464,3 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 29 dekabr 2023cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 375 manat (12 ay + 26,25 manat + 60 manat ilkin ödəniş) olan İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 02 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 383,88 manat (12 ay + 31,99 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 375 manat (12 ay x 26.25 manat + 60 manat ilkin ödəniş) olan İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti üçün 67,76 manat ödənilməmiş hissə, 6,78 manat cərimə, 02 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 383,88 manat (12 ay x 31.99 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 332,88 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 33,29 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 358,24 manat təşkil edir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 02 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 29 dekabr 2023-cü il tarixli 02865454 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 60 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 26,25 manat olmaqla cəmi 375 manat dəyərində İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. - 02 sentyabr 2024-cü il tarixli 03677901 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 31,99 manat olmaqla cəmi 383,87 manat dəyərində İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. - 02 aprel 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 10 aprel 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. - 10 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 29 dekabr 2023-cü il tarixli müqavilə üzrə 375 manat borc məbləğindən 307,24 manat ödəniş etmiş, 67,76 manat ödənilməmiş hissə, 6,78 manat cərimə, 02 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 383,88 manat borc məbləğindən 51 manat ödəniş etmiş, 332,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 33,29 manat cərimə - hər iki müqavilə üzrə cəmi 464,3 manat borcu qalmışdır. - 11 aprel 2025-ci il tarixli 73692780 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 29 dekabr 2023-cü il tarixli 02865454 nömrəli müqaviləyə əsasən 60 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 26,25 manat olmaqla cəmi 375 manat dəyərində İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti və 02 sentyabr 2024-cü il tarixli 03677901 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 31,99 manat olmaqla cəmi 383,88 manat dəyərində İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 358,24 manat təşkil edir. Cavabdehin 29 dekabr 2023-cü il tarixli müqavilə üzrə 67,76 manat borcu qalmış, həmin borca 6,78 manat cərimə, 02 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 332,88 manat borcu qalmış, həmin borca 33,29 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. İddiaçı cavabdehdən 29 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti üçün 67,76 manat ödənilməmiş hissə, 6,78 manat cərimə və 02 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 332,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 33,29 manat cərimə, ümumilikdə 464,3 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 29 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti üçün 67,76 manat ödənilməmiş hissə, 6,78 manat cərimə və 02 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 332,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 33,29 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 494,31 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 29 dekabr 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********36693 olan Oppo A18 markalı telefon, qızıl zəmanət ultra 1 il xidməti üçün 67,76 manat ödənilməmiş hissə, 6,78 manat cərimə və 02 sentyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********37126 olan Xıaomı poco C65 markalı telefon, vinil şəffaf, vinil mat, paket M xidməti, qızıl zəmanət ultra 1 il xidməti üçün 332,88 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 33,29 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 494 (dörd yüz doxsan dörd) manat 31 (otuz bir) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar