Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-686/2025 22.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti üçün 1064,7 ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 106,47 manat cərimə, ümumilikdə 1194,77 manat borc və 31,95 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1710,08 manat (18 ay + 94,56 manat + 8 manat ilkin ödəniş) olan İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı dəyəri 1710,08 manat (18 ay x 94,56 manat + 8 manat ilkin ödəniş) İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti üçün 1064,7 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 106,47 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 08 mart 2024-cü il tarixli müqaviləsinə əsasən, 08 mart 2024-cü il tarixində “paket apple” xidmətindən imtina etmiş, 59,99 manat borcundan silinmişdir. Cavabdehin 08 mart 2024-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 585,39 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 59,99 manat, ümumilikdə, 645,38 manat təşkil edir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 17 mart 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti üçün 1064,7 ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 106,47 manat cərimə, ümumilikdə 1194,77 manat borc və 31,95 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 08 mart 2024-cü il tarixli 10787197 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 8 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 94,56 manat olmaqla cəmi 1710,01 manat dəyərində İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. - 17 mart 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 02 aprel 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********93407 olan İphone 13 markalı telefonun açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. - 02 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 08 mart 2024-cü il tarixli müqavilə üzrə 1710,08 manat borc məbləğindən 585,39 manat + 59,99 manat məhsul qaytarıldıqdan sonra qoyulan qiymət = 645,38 manat ödəniş etmiş, 1064,7 ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 106,47 manat cərimə - cəmi 1194,77 manat borcu qalmışdır. - 03 aprel 2025-ci il tarixli 73590952 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 31,95 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 08 mart 2024-cü il tarixli 10787197 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən 8 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 94,56 manat olmaqla cəmi 1710,01 manat dəyərində İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti satılmışdır. Cavabdeh 08 mart 2024-cü il tarixli müqaviləsinə əsasən 08 mart 2024cü il tarixində “paket apple” xidmətindən imtina etmiş, 59,99 manat borcundan silinmişdir. Cavabdeh aldığı malın dəyərindən 585,39 manat + 59,99 manat məhsul qaytarıldıqdan sonra qoyulan qiymət = 645,38 manat ödəniş etmiş, 1064,7 borcu ödənilməmiş qalmış, həmin borca 106,47 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlığına baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********93407 olan İphone 13 markalı telefonun açılıb bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə 23,6 manat pul ödənilmişdir. Nəticədə cavabdehin iddiaçıya 1064,7 ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 106,47 manat cərimə borcu yaranmışdır. İddiaçı cəmi 1194,77 manat borcu və ödənilmiş 31,95 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti üçün 1064,7 ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 106,47 manat cərimə və 31,95 manat dövlət rüsumu, cəmi 1226,72 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 08 mart 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********93407 olan İphone 13 markalı telefon, Apple adapter, qızıl zəmanət ultra 1 il xidməti üçün 1064,7 ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 106,47 manat cərimə və 31,95 manat dövlət rüsumu, cəmi 1226 (bir min iki yüz iyirmi altı) manat 72 (yetmiş iki) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-686/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-686/2025
22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver