Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-689/2022 27.05.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, X1 kаtibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 27 may 2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 20 noyabr 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 126 manat əsas, 3 manat dəbbə, 24 fevral 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 137,93 manat əsas, 3 manat dəbbə, 08 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 651,8 manat əsas, 27 manat dəbbə, 20 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 282 manat əsas, 13 manat dəbbə, dörd müqavilə üzrə cəmi 1197,73 manat borc, 46 manat dəbbə və 32,44 manat dövlət rüsumu, ümumilikdə 1276,17 manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri 27 aprel 2022-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə, bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə təqdim etməsi izah olunmuşdur. Eyni zamanda, cavabdehə bildirilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan işə sadələşdirilmiş icraat qaydasında baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdeh iddia ərizəsi və ona əlavə olunmuş sənədləri 04 may 2022-ci il tarixdə almış, iddiaçının tələbinə dair hər hansı etirazını, dəlilini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 20 noyabr 2019cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 15 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə ümumi dəyəri 329 manat, 24 fevral 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 11 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə ümumi dəyəri 218 manat, 08 may 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə ümumi dəyəri 785 manat, 20 may 2020ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən cavabdeh 18 ay müddətinə ümumi dəyəri 299 manat mallar almışdır. Cavabdeh müqavilələr üzrə ödəniş etmiş, 08 dekabr 2021-ci il tarixə 20 noyabr 2019-cu il tarixli müqavilə üzrə 126 manat əsas, 24 fevral 2020-ci il tarixli müqavilə üzrə 137,93 manat əsas, 08 may 2020-ci il tarixli müqavilə üzrə 651,8 manat əsas, 20 may 2020-ci il tarixli müqavilə üzrə 282 manat əsas borcu qalmışdır. Müqavilələrin 5.4-cü bəndinə əsasən cavabdeh hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir. Cavabdehin 08 dekabr 2021-ci il tarixə cərimə borcu müvafiq olaraq 20 noyabr 2019-cu il tarixli müqavilə üzrə 3 manat, 24 fevral 2020-ci il tarixli müqavilə üzrə 3 manat, 08 may 2020-ci il tarixli müqavilə üzrə 27 manat, 20 may 2020-ci il tarixli müqavilə üzrə 13 manat təşkil edir. Mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə cavabdehə pretenziya məktubu göndərilsə də borcun ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən cəmi 1243,73 manat əsas borc və 32,44 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 20 noyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 15 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 28 manat ödəməklə cəmi 329 manat dəyərində avadanlıq satılmışdır. 20 noyabr 2019-cu il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 329 manat dəyərində bir ədəd Samsung A105 markalı telefon cavabdehə təhvil verilmişdir. 20 noyabr 2019-cu il tarixli iltizamın surətindən görünür ki, cavabdeh müqavilə üzrə borcunu vaxtında ödəmədiyi və ya şirkətin razılığı olmadan başqasına verdiyi təqdirdə İMEİ kodu **********24122 olan Samsung A105 markalı mobil telefonun bloklaşdırılmasına razılıq vermişdir. 24 fevral 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 11 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 19 manat ödəməklə cəmi 218 manat dəyərində avadanlıq satılmışdır. 24 fevral 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 119 manat dəyərində bir ədəd Blinder Tefal və 99 manat dəyərində bir ədəd Scarlett markalı şirəçəkən cavabdehə təhvil verilmişdir. 08 may 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 44 manat ödəməklə cəmi 785 manat dəyərində avadanlıq satılmışdır. 08 may 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 299 manat dəyərində bir ədəd Suppa markalı televizor və 187 manat dəyərində bir ədəd Arnika Kea markalı avadanlıq cavabdehə təhvil verilmişdir. 20 may 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin və müqaviləyə 1 saylı əlavənin surətlərindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 17 manat ödəməklə cəmi 299 manat dəyərində avadanlıq satılmışdır. 20 may 2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 299 manat dəyərində bir ədəd Suppa markalı televizor cavabdehə təhvil verilmişdir. 08 dekabr 2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, cavabdehdən 20 noyabr 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 126 manat əsas, 3 manat cərimə, 24 fevral 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 137,93 manat əsas, 3 manat cərimə, 08 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 651,8 manat əsas, 27 manat cərimə, 20 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 282 manat əsas, 13 manat cərimə borcunun üç gün ərzində ödənilməsi tələb olunmuş, əks halda borcun tutulması üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. 14 yanvar 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdehin 08 dekabr 2021-ci il tarixə 20 noyabr 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 126 manat əsas və 3 manat cərimə, 24 fevral 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 137,93 manat əsas və 3 manat cərimə, 08 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 651,8 manat əsas və 27 manat cərimə, 20 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 282 manat əsas və 13 manat cərimə, hər dörd müqavilə üzrə ümumi borcu 1197,73 manat əsas və 46 manat cərimə olmaqla, cəmi 1243,73 manat təşkil edir. 12 aprel 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 32,44 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanmış 20 noyabr 2019-cu il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 15 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 28 manat ödəməklə cəmi 329 manat dəyərində bir ədəd Samsung A105 markalı telefon, 24 fevral 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 11 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 19 manat ödəməklə cəmi 218 manat dəyərində bir ədəd Blinder Tefal və bir ədəd Scarlett markalı şirəçəkən, 08 may 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə hər ay 44 manat ödəməklə cəmi 785 manat dəyərində bir ədəd Suppa markalı televizor və bir ədəd Arnika Kea markalı avadanlıq, 20 may 2020-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən 18 ay müddətinə hər ay 17 manat ödəməklə cəmi 299 manat dəyərində bir ədəd Suppa markalı televizor satılmışdır. Cavabdeh müqavilələr üzrə borcundan ödəniş etmiş, 08 dekabr 2021ci il tarixə 20 noyabr 2019-cu il tarixli müqavilə üzrə 126 manat əsas, 24 fevral 2020-ci il tarixli müqavilə üzrə 137,93 manat əsas, 08 may 2020-ci il tarixli müqavilə üzrə 651,8 manat əsas, 20 may 2020-ci il tarixli müqavilə üzrə 282 manat əsas borcu qalmışdır. Müqavilələrin şərtlərinə əsasən 20 noyabr 2019-cu il tarixli müqavilə üzrə 3 manat, 24 fevral 2020-ci il tarixli müqavilə üzrə 3 manat, 08 may 2020-ci il tarixli müqavilə üzrə 27 manat, 20 may 2020-ci il tarixli müqavilə üzrə 13 manat cərimə hesablanmışdır. İddiaçı cavabdehdən dörd müqavilə üzrə cəmi 1197,73 manat əsas, 46 manat cərimə borcu və 32,44 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq cavabdeh nisyə aldığı əşyaların dəyərini ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 20 noyabr 2019-cu il tarixli ******* nömrəli müqavilə üzrə 126 manat əsas, 3 manat dəbbə, 24 fevral 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 137,93 manat əsas, 3 manat dəbbə, 08 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 651,8 manat əsas, 27 manat dəbbə, 20 may 2020-ci il tarixli ******* nömrəli müqavilə üzrə 282 manat əsas, 13 manat dəbbə, dörd müqavilə üzrə cəmi 1197,73 manat borc, 46 manat dəbbə və 32,44 manat dövlət rüsumu, ümumilikdə 1276,17 manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №e-2(037)-689/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-689/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver