Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-713/2025 30.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 30 noyabr 2019cu il tarixli müqaviləyə əsasən İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti üçün 58,7 manat ödənilməmiş hissə, 5,87 manat cərimə və 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefon üçün 121,1 manat ödənilməmiş hissə, 12,11 manat cərimə, ümumilikdə 197,78 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 486 manat (21 ay + 23 manat + 3 manat ilkin ödəniş) olan İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti almış, 58,7 manat ödənilməmiş hissə, 5,87 manat cərimə borcu yaranmışdır. Bundan başqa tərəflər arasında bağlanmış 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 594,4 manat (24 ay + 94 manat + 41,7 manat ilkin ödəniş) olan İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefon almış, 121,1 manat ödənilməmiş hissə, 12,11 manat cərimə borcu yaranmışdır. Cavabdehin 30 noyabr 2019-cu və 26 dekabr 2020-ci il tarixli müqavilələr üzrə son ödəniş tarixi 13 oktyabr 2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 900,6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə telefon danışığı zamanı, həmçinin göndərilmiş 08 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu bildirilsə də, cavabdeh müqavilə ilə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti üçün 58,7 manat ödənilməmiş hissə, 5,87 manat cərimə və 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefon üçün 121,1 manat ödənilməmiş hissə, 12,11 manat cərimə, ümumilikdə 197,78 manat borc və 30 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 24 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 30 noyabr 2019-cu il tarixli 01082772 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 3 manat ilkin ödəniş etdikdən sonra 21 ay müddətinə hər ay 23 manat olmaqla cəmi 486 manat dəyərində İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti satılmışdır. - 26 dekabr 2020-ci il tarixli 22160815 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 94 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 41,7 manat olmaqla cəmi 594,4 manat dəyərində İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefon satılmışdır. - 08 aprel 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 16 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 30 noyabr 2019-cu il tarixli müqavilə üzrə 486 manat borc məbləğindən 427,3 manat ödəniş etmiş, 58,7 manat ödənilməmiş hissə, 5,87 manat cərimə, 26 dekabr 2020-ci il tarixli müqavilə üzrə 594,4 manat borc məbləğindən 473,3 manat ödəniş etmiş, 121,1 manat ödənilməmiş hissə, 12,11 manat cərimə - hər iki müqavilə üzrə cəmi 197,78 manat borcu qalmışdır. - 17 aprel 2025-ci il tarixli 73760443 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 30 noyabr 2019-cu il tarixli 01082772 nömrəli müqaviləyə əsasən 3 manat ilkin ödəniş etdikdən sonra 21 ay müddətinə hər ay 23 manat olmaqla cəmi 486 manat dəyərində İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti və 26 dekabr 2020-ci il tarixli 22160815 nömrəli müqaviləyə əsasən 94 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 41,7 manat olmaqla cəmi 594,4 manat dəyərində İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefonlar satılmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 900,6 manat təşkil edir. Cavabdehin 30 noyabr 2019-cu il tarixli müqavilə üzrə 58,7 manat borcu qalmış, həmin borca 5,87 manat cərimə, 26 dekabr 2020-ci il tarixli müqavilə üzrə 121,1 manat borcu qalmış, həmin borca 12,11 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. İddiaçı cavabdehdən 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti üçün 58,7 manat ödənilməmiş hissə, 5,87 manat cərimə və 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefon üçün 121,1 manat ödənilməmiş hissə, 12,11 manat cərimə, ümumilikdə 197,78 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti üçün 58,7 manat ödənilməmiş hissə, 5,87 manat cərimə və 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefon üçün 121,1 manat ödənilməmiş hissə, 12,11 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 227,78 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 30 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən İmei kodu **********02526 olan Samsung Galaxy A10, yeni qızıl zəmanət 2 il xidməti üçün 58,7 manat ödənilməmiş hissə, 5,87 manat cərimə və 26 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********03472 olan Huaweı Y8P markalı telefon üçün 121,1 manat ödənilməmiş hissə, 12,11 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 227 (iki yüz iyirmi yeddi) manat 78 (yetmiş səkkiz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-713/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-713/2025
30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver