Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-725/2024 05.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 621.67 manat əsas, 62.33 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 340.94 manat əsas, 34.06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 226.16 manat əsas, 22.84 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 199 manat əsas, 19 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 143.93 manat əsas, 14.07 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 39.29 manat əsas, 3.71 manat cərimə olmaqla cəmi 1727 manat borc, 37.27 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən, İMEİ KOD **********50700 BLACKVİEW A95 MARKALİ TELEFON , İMEİ KOD **********69750 OPPO A57S MARKALİ TELEFON, 3 ədəd AİWA qulaqlıq, LG qulaqlıq, İMEİ KOD **********90764 SAMSUNG GALAXY A13 MARKALİ TELEFON, İmei kod **********78385 SAMSUNG GALAXY A13 markalı telefon almış və nəticədə 1727 (bir min yeddi yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 757.08 (yeddi yüz əlli yeddi manat səkkiz qəp) manat (18 ay x 42.06 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********50700 BLACKVİEW A95 MARKALİ TELEFON üçün ümumilikdə 684 (altı yüz səksən dörd) manat olmaqla, ondan, 621.67 (altı yüz iyirmi bir manat altmış yeddi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62.33 (altmış iki manat otuz üç qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 383.94 (üç yüz səksən üç manat doxsan dörd qəpik) manat (18 ay x 21.33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KOD **********69750 OPPO A57S MARKALİ TELEFON, AKAMİ JAM CASE üçün ümumilikdə 375 (üç yüz yetmiş beş) manat olmaqla, ondan, 340.94 (üç yüz qırx manat doxsan dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.06 (otuz dörd manat altı qəpik) manat cərimə pulu, xx.xx.2023-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 412.08 (dörd yüz on iki manat səkkiz qəpik) manat (24 ay x 17.17 manat + 0 manat ilkin ödəniş) olan 3 ədəd AİWA qulaqlıqüçün ümumilikdə 249 (iki yüz qırx doqquz) manat olmaqla, ondan, 226.16 (iki yüz iyirmi altı manat on altı qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22.84 (iyirmi iki manat səksən dörd qəpik) manat cərimə pulu, xx.xx.2023ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 269.06 (iki yüz altmış doqquz manat altı qəpik) manat (22 ay x 12.23 manat + 0 manat ilkin ödəniş) olan LG qulaqlıq, üçün ümumilikdə 218 (iki yüz on səkkiz) manat olmaqla, ondan, 199 (yüz doxsan doqquz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 556.5 (beş yüz əlli altı manat əlli qəpik) manat (12 ay x 46.2 manat + 2.1 manat ilkin ödəniş) olan İMEİ KOD **********90764 SAMSUNG GALAXY A13 MARKALİ T ELEFON üçün ümumilikdə 158 (yüz əlli səkkiz) manat olmaqla, ondan, 143.93 (yüz qırx üç manat doxsan üç qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.07 (on dörd manat yeddi qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 142.44 (yüz qırx iki manat qırx dörd qəp) manat (12 ay x 11.87 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********78385 SAMSUNG GALAXY A13 markalı telefon üçün ümumilikdə 43 (qırx üç) manat olmaqla, ondan, 39.29 (otuz doqquz manat iyirmi doqquz qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3.71 (üç manat yetmiş bir qəp) manat cərimə borcu hesablanmışdır. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-ci il tarixində AİWA qulaqlıqdan imtina etmiş və məhsul 126 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 59.92 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 126 manat çıxılmaqla ümumilikdə, 185.92 manat təşkil edir. Digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 764.19 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023-ci il, xx.xx.2023ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 15 aprel 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 42.06 manat olmaqla cəmi qiyməti 757.08 (yeddi yüz əlli yeddi manat səkkiz qəp) manat olan İMEİ KOD **********50700 BLACKVİEW A95 MARKALİ TELEFON satılmışdır. -xx.xx.2023-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 21.33 manat olmaqla cəmi qiyməti 383.94 (üç yüz səksən üç manat doxsan dörd qəpik) manat olan İMEİ KOD **********69750 OPPO A57S MARKALİ TELEFON, AKAMİ JAM CASE satılmışdır. -xx.xx.2023-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə hər ay 17.17 manat olmaqla cəmi qiyməti 412.08 (dörd yüz on iki manat səkkiz qəpik) manat olan 3 ədəd AİWA qulaqlıq satılmışdır. -xx.xx.2023-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 22 ay müddətinə hər ay 12.23 manat olmaqla cəmi qiyməti 269.06 (iki yüz altmış doqquz manat altı qəpik) manat olan LG qulaqlıq satılmışdır. -xx.xx.2022-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 46.2 manat olmaqla cəmi qiyməti 556.5 (beş yüz əlli altı manat əlli qəpik) manat olan İMEİ KOD **********90764 SAMSUNG GALAXY A13 MARKALİ T ELEFON satılmışdır. -xx.xx.2022-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 11.87 manat olmaqla cəmi qiyməti 142.44 (yüz qırx iki manat qırx dörd qəp) manat olan İmei kod **********78385 SAMSUNG GALAXY A13 markalı telefon satılmışdır. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2023-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələr müqavilə üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -29 aprel 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 621.67 manat əsas, 62.33 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 340.94 manat əsas, 34.06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 226.16 manat əsas, 22.84 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 199 manat əsas, 19 manat cərimə, xx.xx.2022ci il tarixli müqaviləsinə əsasən 143.93 manat əsas, 14.07 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 39.29 manat əsas, 3.71 manat cərimə olmaqla cəmi 1727 manat borcu qalmışdır. -09 aprel 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 37.27 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 621.67 manat əsas, 62.33 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 340.94 manat əsas, 34.06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 226.16 manat əsas, 22.84 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 199 manat əsas, 19 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 143.93 manat əsas, 14.07 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 39.29 manat əsas, 3.71 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 1727 manat borcu və 37.27 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023ci il tarixli müqaviləsinə əsasən 621.67 manat əsas, 62.33 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 340.94 manat əsas, 34.06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 226.16 manat əsas, 22.84 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 199 manat əsas, 19 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 143.93 manat əsas, 14.07 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 39.29 manat əsas, 3.71 manat cərimə olmaqla cəmi 1727 manat borc və 37.27 manat dövlət rüsumu məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 621.67 manat əsas, 62.33 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 340.94 manat əsas, 34.06 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 226.16 manat əsas, 22.84 manat cərimə, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 199 manat əsas, 19 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 143.93 manat əsas, 14.07 manat cərimə, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 39.29 manat əsas, 3.71 manat cərimə olmaqla cəmi 1727 manat borc və 37.27 manat dövlət rüsumu məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-725/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-725/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver