Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-744/2024 12.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********73723 XİAOMİ REDMİ NOTE 12 markalı telefonüçün 416.17(dörd yüz on altı manat on yeddi qəpik) manat ödənilməmiş hissə, 41.83 (qırx bir manat səksən üç qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, İmei kod **********00128 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 690.8 (altı yüz doxsan manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 69.2 (altmış doqquz manat iyirmi qəpik) manat cərimə olmaqla cəmi 1218 manat borcun və 32.18 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03695361 saylı və xx.xx.2023-cü il tarixli, 059120 saylı müqaviləsinə əsasən İmei kod **********73723 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İmei kod **********00128 XİAOMİ REDMİ NOTE 12 markalı teleafon almış və nəticədə 1218 (bir min iki yüz on səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 714 (yeddi yüz on dörd) manat (12 ay x 59.5 manat +0 manat ilkin ödəniş) İmei kod **********73723 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 458 (dörd yüz əlli səkkiz) manat olmaqla ondan, 416.17(dörd yüz on altı manat on yeddi qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 41.83 (qırx bir manat səksən üç qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 777.06(yeddi yüz yetmiş yeddi manat altı qəpik) manat (18 ay x 43.17manat + 0 manat ilkin ödəniş) İmei kod **********00128 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə, 760 (yeddi yüz altmış) manat olmaqla ondan, 690.8 (altı yüz doxsan manat səksən qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 69.2 (altmış doqquz manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 384.09 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilə müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 13 may 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli, 03695361 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 59.5 manat olmaqla cəmi qiyməti 714 (yeddi yüz on dörd) manat (12 ay x 59.5 manat +0 manat ilkin ödəniş) İmei kod **********73723 XİAOMİ REDMİ NOTE 12 markalı telefon satılmışdır. -xx.xx.2023-cü il tarixli, 059120 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 43.17 manat olmaqla cəmi qiyməti 777.06 (yeddi yüz yetmiş yeddi manat altı qəpik) manat (18 ay x 43.17 manat + 0 manat ilkin ödəniş) İmei kod **********00128 XİAOMİ REDMİ NOTE 12 markalı telefon satılmışdır. -xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən xx.xx.2023-cü il tarixli, 03695361 saylı və xx.xx.2023-cü il tarixli, 059120 saylı müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -03 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 416.17 manat ödənilməmiş hissə, 41.83 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 690.8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 69.2 manat cərimə olmaqla cəmi 1218 manat borcu qalmışdır. -xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 32,18 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 03695361 saylı və xx.xx.2023-cü il tarixli, 059120 saylı müqavilələrinə əsasən İmei kod **********73723 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İmei kod **********00128 XİAOMİ REDMİ NOTE 12 markalı teleafon almış və nəticədə 1218 (bir min iki yüz on səkkiz) manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı cavabdehdən 1218 manat borcu və 32.18 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli müqaviləsinə əsasən 416.17 manat ödənilməmiş hissə, 41.83 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 690.8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 69.2 manat cərimə və 32.18 manat dövlət rüsumu olmaqla cəmi 1.250,18 (bir min iki yüz əlli manat, on səkkiz qəpik) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 416.17 manat ödənilməmiş hissə, 41.83 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 690.8 manat ödənilməmiş hissə, güzəşt olunaraq 69.2 manat cərimə və 32.18 manat dövlət rüsumu olmaqla cəmi 1.250,18 (bir min iki yüz əlli manat, on səkkiz qəpik) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-744/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-744/2024
12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver