Məhkəmə qərarları › İş №e-2(037)-776/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-776/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-776/2025 02.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 08 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə və 03 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə, ümumilikdə 1024,13 manat borc və 30,25 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 08 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 444,06 manat (18 ay + 24,67 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 03 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 444,06 manat (18 ay + 24,67 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 08 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 444,06 manat (18 ay x 26.25 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 44,41 manat cərimə, 03 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 444,06 manat (18 ay x 24,67 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 44,41 manat cərimə borcu yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh müqavilələr üzrə ödəniş etməmişdir. Cavabdehlə aparılmış telefon danışığı, həmçinin göndərilmiş 22 aprel 2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehə üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı cavabdehdən 08 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə və 03 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə, ümumilikdə 1024,13 manat borc və 30,25 manat dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 22 aprel 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 08 oktyabr 2024-cü il tarixli 18303082 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 24,67 manat olmaqla cəmi 444,06 manat dəyərində İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon satılmışdır. - 03 noyabr 2024-cü il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 24,67 manat olmaqla cəmi 444,07 manat dəyərində İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon satılmışdır. - 22 aprel 2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 26 aprel 2025-ci il tarixli arayışdan görünür ki, tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı və İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefonların açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə hər bir telefon üçün 23,6 manat olmaqla cəmi 47,2 manat pul ödənilmişdir. - 26 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 08 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 444,06 manat borc məbləğindən ödəniş etməmiş, 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə, 03 noyabr 2024-cü il tarixli müqavilə üzrə 444,06 manat borc məbləğindən ödəniş etməmiş, 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə - hər iki müqavilə üzrə cəmi 1024,13 manat borcu qalmışdır. - 28 aprel 2025-ci il tarixli 73896045 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30,25 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 08 oktyabr 2024-cü il tarixli 18303082 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 24,67 manat olmaqla cəmi 444,06 manat dəyərində İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon və 03 noyabr 2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 24,67 manat olmaqla cəmi 444,07 manat dəyərində İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon satılmışdır. Cavabdeh müqavilələr üzrə ödəniş etməmişdir. Cavabdehin 08 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 444,06 manat borcu qalmış, həmin borca 44,41 manat cərimə, 03 noyabr 2024-cü il tarixli müqavilə üzrə 444,06 manat borcu qalmış, həmin borca 44,41 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilələrlə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarına baxmayaraq borcunu ödəməmişdir. Cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı və İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefonların açılıb-bağlanılması xidmətinə görə iddiaçı tərəfindən “İnnovativ Layihələr Mərkəzi”nə hər bir telefon üçün 23,6 manat olmaqla cəmi 47,2 manat pul ödənilmişdir. İddiaçı cavabdehdən 08 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə və 03 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə, ümumilikdə 1024,13 manat borc və 30,25 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələrlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə və 03 noyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə və 30,25 manat dövlət rüsumu, cəmi 1054,39 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 08 oktyabr 2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********88885 olan Xıaomi Redmi 13 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə və 03 noyabr 2024cü il tarixli müqaviləyə əsasən İmei kodu **********98403 olan Samsung Galaxy A15 markalı telefon üçün 444,06 manat ödənilməmiş hissə, 23,6 manat “İnnovativ Layihələr Mərkəzi”nə ödənilən rüsum, 44,41 manat cərimə və 30,25 manat dövlət rüsumu, cəmi 1054 (bir min əlli dörd) manat 39 (otuz doqquz) qəpik məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar