Məhkəmə qərarları › İş №e-2(037)-777/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-777/2024

21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-777/2024 21.06.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən İmei kod **********23449 XİAOMİ REDMİ NOTE 12 markalı telefonüçün 394 (üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə olmaqla cəmi 433 manat borcun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********23449 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 433 (dörd yüz otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 496 (dörd yüz doxsan altı) manat (yəni 12 ay x 35.5 manat + 70 manat ilkin ödəniş) olan İmei kod **********23449 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün ümumilikdə 433 (dörd yüz otuz üç) manat olmaqla ondan, 394 (üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 102 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2023-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 21 may 2024-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-ci il tarixli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 35,5 manat olmaqla cəmi qiyməti qiyməti 496 (dörd yüz doxsan altı) manat (yəni 12 ay x 35.5 manat + 70 manat ilkin ödəniş) olan İmei kod **********23449 XİAOMİ REDMİ NOTE 12 markalı telefon satılmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən xx.xx.2023-ci il tarixli müqavilə üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -06 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 394 manat ödənilməmiş hissə, 39 manat cərimə olmaqla cəmi 433 manat borcu qalmışdır. -xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********23449 XİAOMİ REDMİ NOTE 12 markalı telefon almış və nəticədə 433 (dörd yüz otuz üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 496 (dörd yüz doxsan altı) manat (yəni 12 ay x 35.5 manat + 70 manat ilkin ödəniş) olan İmei kod **********23449 XİAOMİ REDMİ NOTE 12 markalı telefonüçün ümumilikdə 433 (dörd yüz otuz üç) manat olmaqla ondan, 394 (üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 (otuz doqquz) manat cərimə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 102 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. İddiaçı Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 394 (üç yüz doxsan dörd) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) manat cərimə olmaqla cəmi 433 manat borcu və 30 manat məbləğində dövlət rüsumunu tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Abdullayeva Gülşəhər Əhməd qızından Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 394 manat ödənilməmiş hissə, 39 manat cərimə olmaqla cəmi 433 manat borc və 30 manat dövlət rüsumu məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən 394 manat ödənilməmiş hissə, 39 manat cərimə olmaqla cəmi 433 manat borc və 30 manat dövlət rüsumu məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar