Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-792/2024 14.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımova Elnarə Ayyət qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin cavabdeh Ağamı̇ rzəyeva Zülfı̇ yyə Arı̇ f qızına qarşı borcun ödənilməsi tələbinə dair mülki işə 14 avqust 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 155.34 (bir yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə olmaqla cəmi 171 manat borc və 30 manat dövlət rüsumu məbləğinin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********67186 XİAOMİ POCO X3 markalı telefon almış və nəticədə 171 (yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1075.96 (bir min yetmiş beş manat doxsan altı qəpik) manat (yəni 18 ay x 51.78 manat + 143.92 manat ilkin ödəniş) olan İmei kod **********67186 XİAOMİ POCO X3 markalı telefonüçün ümumilikdə 171 (yüz yetmiş bir) manat olmaqla ondan, 155.34 (yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 920.62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 155.34 (bir yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə olmaqla cəmi 171 manat borcun və 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını tələb edir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirni bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il 04021705 nömrəli müqavilədən görünür ki iddiaçı "xxxx" MMC ilə cavabdeh Ağamı̇ rzəyeva Zülfı̇ yyə Arı̇ f qızı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən cavabdehə 18 aylıq, ayda 51.78 manat ödəmək şərti ilə alqı-satqı qiyməti 1075.96 (bir min yetmiş beş manat doxsan altı qəpik) manat olan İmei kod **********67186 XİAOMİ POCO X3 markalı telefon satılmışdır. 23 aprel 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən kredit borcunun üç iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 16 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 155.34 (bir yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə olmaqla cəmi 171 manat məbləğində olmuşdur. 20 may 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən edilir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********67186 XİAOMİ POCO X3 markalı telefon almış və nəticədə 171 (yüz yetmiş bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1075.96 (bir min yetmiş beş manat doxsan altı qəpik) manat (yəni 18 ay x 51.78 manat + 143.92 manat ilkin ödəniş) olan İmei kod **********67186 XİAOMİ POCO X3 markalı telefonüçün ümumilikdə 171 (yüz yetmiş bir) manat olmaqla ondan, 155.34 (yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi 920.62 manat təşkil edir. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı cavabdehdən 155.34 (bir yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə olmaqla cəmi 171 manat borc və 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını tələb edir. Cavabdeh iddia tələbinə mahiyyəti üzrə fikirni bildirməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Banklar Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.6-cı maddəsinə görə kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 155.34 (bir yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə olmaqla cəmi 171 manat borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 155.34 (bir yüz əlli beş manat otuz dörd qəpik) manat ödənilməmiş hissə, 15.66 (on beş manat altmış altı qəpik) manat cərimə olmaqla cəmi 171 manat borc və 30 manat dövlət rüsumu məbləği İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-792/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-792/2024
14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver