Məhkəmə qərarları › İş №e-2(037)-813/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-813/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-813/2025 27.08.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 12 avqust 2024-cü il tarixdə bağlanılmış VİP 19475 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 274,34 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzin bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 69 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzin bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 343,34 ABŞ dolları ödəniş günüə olan məzənnə üzrə manatla və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış 12 avqust 2024-cü il tarixli VİP 19475 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dəyəri 629 ABŞ dolları (ekvivalenti ödəniş gününə Məkəzi bankın kursuna müvafiq olaraq manatla) olan “Aplle i phone 12 pro-128 pacific blue” markalı bir ədəd mobil telefon satılmışdır. Cavabdeh müqavilə üzrə ilkin olaraq 164 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, 14 sentyabr 2024-cü il tarixdə 38,17 ABŞ dolları, 15 oktyabr 2024-cü il tarixdə 38,17 ABŞ dolları, 19 noyabr 2024-cü il tarixdə 37,8 ABŞ dolları, 23 dekabr 2024-cü il tarixdə 37,8 ABŞ dolları, 25 yanvar 2025-ci il tarixdə 36,96 ABŞ dolları və 1,76 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Lakin cavabdeh ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini tam şəkildə ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı cavabdehdən 12 avqust 2024-cü il tarixdə bağlanılmış VİP 19475 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 274,34 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzin bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 69 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzin bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 343,34 ABŞ dolları ödəniş günüə olan məzənnə üzrə manatla və 30 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi ərizə verərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş - 12 avqust 2024-cü il tarixli VİP 19475 nömrəli nisyə alqı-satqı müqaviləsinin və ödəniş cədvəlinin surətlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 629 USD dəyərində bir ədəd “Aplle i phone 12 pro-128 pacific blue” markalı mobil telefon satılmışdır. Cavabdeh 164 USD ilkin ödəniş etmiş, qalan borcu 12 ay müddətinə hər ay 38 USD ödəməyi öhdəsinə götürmüşdür. -30 mart 2025-ci il tarixli xx/xx-18924 nömrəli sonuncu xəbərdarlığın surətindən görünür ki, cavabdehdən müqavilə üzə borcun ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. -xx/xx-18924 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin 12 avqust 2024-cü il tarixli VİP 19475 nömrəli nisyə alqı-satqı müqaviləsi ödənilməmiş 274,34 ABŞ dolları əsas (qalıq) borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 69 ABŞ dolları cərimə, cəmi 343,34 ABŞ dolları borcu vardır. - 08 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. - 26 avqust 2025-ci il tarixli xx-xx-19121 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh 12 avqust 2024-cü il tarixli VİP 19475 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 274,34 ABŞ dolları (qalıq) borcun 1%-i həcmində 69 ABŞ dolları cərimə, cəmi 343,34 ABŞ dolları borcu vardır. Borclu 12 iyun 2025-ci il tarixdə 140,93 ABŞ dolları, 12 iyul 2025-ci il tarixdə 64,59 ABŞ dolları, 13 avqust 2025-ci il tarixdə 88,08 ABŞ dolları ödəniş etmişdir. Hal-hazırda qalıq borcu 39,74 ABŞ dolları və 10 ABŞ dolları cərimə, cəmi 49,74 ABŞ dolları borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, tərəflər arasında bağlanılmış 12 avqust 2024-cü il tarixli VİP 19475 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 629 USD dəyərində bir ədəd “Aplle i phone 12 pro- 128 pacific blue” markalı mobil telefon satılmışdır. Cavabdeh 164 USD ilkin ödəniş etmiş, qalan borcu 12 ay müddətinə hər ay 38 USD ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh borc məbləğinin tam şəkildə ödənilməsini təmin etməmişdir. İddiaçı iddia ərizəsi ilə müraciət edərkən cavabdehdən 12 avqust 2024-cü il tarixli VİP 19475 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş 274,34 ABŞ dolları əsas (qalıq) borc və 69 ABŞ dolları cərimə, cəmi 343,34 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasını xahiş etdmişdir. İddiaçının 26 avqust 2025-ci il tarixdə təqdim etdiyi maliyyə arayışında cavabdehin 12 iyun 2025-ci il tarixdə 140,93 ABŞ dolları, 12 iyul 2025-ci il tarixdə 64,59 ABŞ dolları, 13 avqust 2025-ci il tarixdə 88,08 ABŞ dolları ödəniş etdiyini, hal-hazırda 39,74 ABŞ dolları qalıq və 10 ABŞ dolları cərimə, cəmi 49,74 ABŞ dolları borcu qaldığını göstərilmişdir. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlmədindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh qətnamənin icra olunduğu günə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 39,74 ABŞ dolları əsas və 10 ABŞ dolları cərimə olmaqla cəmi 49 (qırx doqquz) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləği və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 39,74 ABŞ dolları əsas və 10 ABŞ dolları cərimə olmaqla cəmi 49 (qırx doqquz) ABŞ dolları 74 (yetmiş dörd) sent məbləği və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar