Məhkəmə qərarları › İş №e-2(037)-82/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-82/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-82/2025 05.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X1 kаtibliyi ilə İddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) 21 may 2022-ci il tarixli müqavilə üzrə Hoffmann markalı LED tv üçün 935,28 manat ödənilməmiş hissə, 93,72 manat cərimə olmaqla cəmi 1029 manat borc və 30,29 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə göndərərək iddia tələbini müdafiə etdiyini bildirmiş, işə iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. İşə nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21 may 2022-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə alqı-satqı qiyməti 935,28 manat (18 ay x 51,96 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı LED tv satılmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. 21 may 2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktı ilə cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Tərəflər arasında olan telefon danışığı, həmçinin 28 oktyabr 2024-cü il tarixli göndərilən xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı cavabdehdən 935,28 manat ödənilməmiş hissə, 93,72 manat cərimə olmaqla cəmi 1029 manat borc və 30,29 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında izahat verərək göstərmişdir ki, rəsmi iş yeri olduğundan iddiaçıdan Hoffmann markalı LED tv götürərək qonşusuna vermişdir. Qısa müddət ərzində teelvizorun ekranı xarab olmuş və bir neçə dəfə təmir üçün servisə vermişdir. Televizorun yenisi ilə əvəz olunmasını tələb etsə də servis əməkdaşları sonuncu dəfə də televizoru təmir edərək ona məlumat vermədən evin qapısına qoyub getmişlər. Yenidən televizoru servis təmir üçün aparmış, beş-altı ay ona heç bir məlumat verilməmişdir. Ondan kreditin ödənilməsi tələb olunanda televizor onda olmadı üçün krediti ödəməmişdir. Sonuncu dəfə ona bildirmişlər ki, 480 manat ödə, televizoru apar. O da üç dəfə təmir olunmuş televizoru götürməkdən imtina etmişdir. Hazırda televirozun harda olması ona məlum deyildir. Buna baxmayaraq pulun ödənilməsini ondan tələb edirlər. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 21 may 2022-ci il tarixli 10741880 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 51,96 manat olmaqla cəmi 935,28 manat dəyərində Hoffmann markalı LED tv satılmışdır. - 28 oktyabr 2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən 21 may 2022-ci il tarixli müqavilə üzrə aldığı əşyanın tam dəyərin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 02 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 21 may 2022-ci il tarixli müqavilə üzrə 935,28 manat borc məbləğindən ödəniş etməmiş, 935,28 manat ödənilməmiş hissə, 93,72 manat dəbbə - cəmi 1029 manat borcu qalmışdır. - 06 noyabr 2024-cü il tarixli 68472087 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 06 noyabr 2024-cü il tarixdə 30,29 manat dövlət rüsumu ödənilmişdir. - 17 yanvar 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, cavabdeh televizorun nasaz olması barədə bir neçə dəfə müraciət etmiş, sonuncu müraciəti 20 fevral 2024-cü il tarixdə olub. Servis tərəfindən cihaz üç gün diaqnostika edilmiş, heç bir qüsur aşkarlanmamış, Hoffmann LED 43B3800 markalı televizor hal-hazırda texniki parametrlərinə uyğun işləyir. Bununla bağlı cavabdehə məlumat verilmiş və məhsulun geri göütürülməsi təklif olunmuşdur. Hazırda Hoffmann LED 43B3800 markalı televizor "xxxx" MMC-dədir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 15 mart 2023-ci il tarixli müqaviləyə əsasən cavabdehə alqı-satqı qiyməti 935,28 manat (18 ay x 51,96 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann markalı LED tv satılmışdır. Cavabdeh müqavilə üzrə ödəniş etməmişdir. Cavabdehin 15 mart 2024-cü il tarixə 935,28 manat ödənilməmiş borcu qalmış, həmin borca 93,72 manat dəbbə hesablanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc məbləğinin ödənilməsi təmin olunmamışdır. İddiaçı cavabdehdən 15 mart 2023-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı LED tv üçün 935,28 manat ödənilməmiş hissə, 93,72 manat dəbbə borcu, cəmi 1029 manat borc və 30,29 manat dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21 may 2022-ci il tarixli müqavilə üzrə 935,28 manat ödənilməmiş hissə, 93,72 manat cərimə, 30,29 manat ödənilmiş dövlət rüsumu – cəmi 1059,29 manat məbləği alınaraq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21 may 2022-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı LED tv üçün 935,28 manat ödənilməmiş hissə, 93,72 manat cərimə, 30,29 manat ödənilmiş dövlət rüsumu – cəmi 1059 (bir min əlli doqquz) manat 29 (iyirmi doqquz) qəpik məbləği alınaraq iddiaçı "Abc-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar