Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-838/2023 20.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 20 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 191 manat pul və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılması qərara almışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, vergi orqanında fiziki şəxs kimi qeydiyyatdan keçǝrǝk fǝailyyət göstərir. O əsasən avtomaşın təkərlərinin satışını həyata keçirir. Müraciət edən müştəri avtomobil təkərlərini nağd şəkildə almaqda çətinlik çəkdikdə, malın nisyə olaraq alğı-satqısı həyata keçirilir. Həmin alğı-satqı onunla müştəri arasında bağlanmış nisyə alğı-satqı müqaviləsi əsasında reallaşır. Müqaviləyə əlavə 1-də alınmış malın adı, qiyməti və dəyəri qeyd olunur. Tərtib olunmuş təhvil təslim aktına əsasən mal müştəriyə təqdim edilir. "xxxx" QSC ilǝ zaminlik müqaviləsi bağlanır, müştəri öhdəliyi yerinə yetirmədikdə onun tərəfindən həmin ödəniş banka edilir və bunun əsasında reqres qaydasında məhkəməyə müraciət etmək hüququ yaranır. Sənədlər imzalanmaqla, alıcıya müqavilənin şərtləri izah olunmaqla yanaşı, ödənişin hansı formada həyata keçirilməsi də izah edilir və ödənişin aparılması qaydasını göstərən nümunə təqdim edilir. Onunla cavabdeh arasına bağlanmış 14 iyun 2022-ci il tarixli AKL000484 nömrəli nisyə alğı-satqı müqaviləsinə əsasən, satıcı qismində çıxış edərək alıcı Cavabdeh 4 ədəd, 215//55R/16 Waterfall markalı, hər birinin dəyəri 150 manat olmaqla, cəmi dəyəri 600 manat dəyərində mal verilmişdir. Müqavilənin şərtlərinə əsasən cavabdeh 14 iyul 2022-ci il tarixdən başlayaraq 6 ay müddətində 100 manat ödəniş etməklə malın dəyərini ödəməli idi. Lakin cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməyərək ödənişi tam həyata keçirməmiş və 191 manat borcu qalmışdır. Cavabdehlə aparılan danışıqlar heç bir fayda verməmişdir. Cavabdehdən 191 manat pul və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. 07 aprel 2022-ci il tarixli, R-1216/22 nömrəli faktorinq müqaviləsinin surətindən görünür ki, fiziki şəxs İddiaçı ilə "xxxx" QSC arasında tələbin güzəşti barədə müqavilə imzalanmışdır. 14 iyun 2022-ci il tarixli, AKL000484 nömrəli nisyə alğı-satqı müqaviləsinin və müqaviləyə 1 nömrəli əlavənin surətindən görünür ki, fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh 600 manat dəyərində mal satılmış, Cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 06 ay müddətində hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. 14 iyun 2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, fiziki şəxs İddiaçı tərəfindən 600 manat dəyərində 04 ədəd “Waterfall 215/55R16” markalı təkər Cavabdeh təhvil verilmişdir. 14 iyun 2022-ci il tarixli zaminlik müraciətinin surətindən görünür ki, 14 iyun 2022-ci il tarixli, AKL000484 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh satıcı qarşısında götürdüyü öhdəliyini 60 gün müddətində icra etmədikdə həmin öhdəliyi tamamilə icra etməyi fiziki şəxs İddiaçı öhdəsinə götürmüşdür. 10 iyul 2023-cü il tarixli, **********47 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən edildi ki, 07 aprel 2022-ci il tarixli, R-1216/22 nömrəli faktorinq müqaviləsinə əsasən fiziki şəxs İddiaçı ilə "xxxx" QSC arasında tələbin güzəşti barədə müqavilə imzalanmışdır. 14 iyun 2022-ci il tarixli, AKL000484 nömrəli nisyə alğısatqı müqaviləsinin və müqaviləyə 1 nömrəli əlavəyə əsasən fiziki şəxs İddiaçı tərəfindən Cavabdeh 600 manat dəyərində mal satılmış, Cavabdeh malı qəbul etmiş, müqavilə ilə müəyyənləşdirilmiş 06 ay müddətində hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. 14 iyun 2022-ci il tarixli təhvil-təslim aktı üzrə fiziki şəxs İddiaçı tərəfindən 600 manat dəyərində 04 ədəd “Waterfall 215/55R16” markalı təkər Cavabdeh təhvil verilmişdir. 14 iyun 2022-ci il tarixli zaminlik müraciəti ilə 14 iyun 2022-ci il tarixli, AKL000484 nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə Cavabdeh satıcı qarşısında götürdüyü öhdəliyini 60 gün müddətində icra etmədikdə həmin öhdəliyi tamamilə icra etməyi fiziki şəxs İddiaçı öhdəsinə götürmüşdür. 10 iyul 2023-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı Cavabdehdən 191 manat pul və 30 manat ödənilmiş dövlət rüsum məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh borcunu ödəməli olduğundan, lakin borcunu müqavilə şərtlərinə uyğun ödəmədiyindən və müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 191 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu məbləği – cəmi 221 (iki yüz iyirmi bir) manat tutularaq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-838/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-838/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver