Məhkəmə qərarları › İş №e-2(037)-838/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-838/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-838/2024 11.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 31 iyul 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64554 olan İphone 11 markalı telefon, Apple Charger üçün 18,57 manat ödənilməmiş hissə, 1,43 manat cərimə və 08 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********31782 olan Huaweı Nova Y61 markalı telefon CASE üçün 277,85 manat ödənilməmiş hissə, 27,15 manat cərimə, ümumilikdə 325 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 31 iyul 2022-ci il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1859,54 manat (18 ay + 75,53 manat + 500 manat ilkin ödəniş) olan İmei kodu **********64554 olan İphone 11 markalı telefon Apple Charger almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 08 iyun 2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 414 manat (12 ay + 34,5 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********31782 olan Huaweı Nova Y61 markalı telefon, Ccase almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 1977,12 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 10 iyun 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın onlara məlum olmadığını və məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 31 iyul 2022-ci il tarixli 03861737 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 500 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 75,53 manat olmaqla cəmi 1859,54 manat dəyərində İmei kodu **********64554 olan İphone 11 markalı telefon, Apple Charger satılmışdır. - 08 iyun 2023-cü il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 34,5 manat olmaqla cəmi 414 manat dəyərində İmei kodu **********31782 olan Huaweı Nova Y61 markalı telefon, case satılmışdır. - 10 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 29 may 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 31 iyul 2022-ci il tarixli müqavilə üzrə 1859,54 manat borc məbləğindən 1840,97 manat ödəniş etmiş, 18,57 manat ödənilməmiş hissə, 1,43 manat cərimə, 08 iyun 2023-cü il tarixli müqavilə üzrə 414 manat borc məbləğindən 136,15 manat ödəniş etmiş, 277,85 manat ödənilməmiş hissə, 27,15 manat cərimə - hər iki müqavilə üzrə cəmi 325 manat borcu qalmışdır. - 03 iyun 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 31 iyul 2022-ci il tarixli 03861737 nömrəli müqaviləyə əsasən 500 manat ilkin ödəniş etdikdən sonra 18 ay müddətinə hər ay 75,53 manat ödəmək şərti ilə cəmi 1859,54 manat dəyərində İmei kodu **********64554 olan İphone 11 markalı telefon Apple Charger, 08 iyun 2023-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən 44 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 34,5 manat ödəmək şərti ilə cəmi 414 manat dəyərində İmei kodu **********31782 olan Huaweı Nova Y61 markalı telefon CASE satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 1977,12 manat ödəniş etmiş, 31 iyul 2022-ci il tarixli müqavilə üzrə 18,57 manat borcu qalmış, həmin borca 1,43 manat cərimə, 08 iyun 2023-cü il tarixli müqavilə üzrə 277,85 manat borcu qalmış, həmin borca 27,15 manat cərimə hesablanmışdır. Müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 325 manat borcu yaranmışdır. İddiaçı cəmi 325 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 31 iyul 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64554 olan İphone 11 markalı telefon, Apple Charger üçün 18,57 manat ödənilməmiş hissə, 1,43 manat cərimə, 08 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********31782 olan Huaweı Nova Y61 markalı telefon, CASE üçün 277,85 manat ödənilməmiş hissə, 27,15 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 355 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 31 iyul 2022-ci il tarixli müqaviləyə əsasən İmei kodu **********64554 olan İphone 11 markalı telefon, Apple Charger üçün 18,57 manat ödənilməmiş hissə, 1,43 manat cərimə, 08 iyun 2023-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********31782 olan Huaweı Nova Y61 markalı telefon, case üçün 277,85 manat ödənilməmiş hissə, 27,15 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 355 (üç yüz əlli beş) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar