Məhkəmə qərarları › İş №e-2(037)-840/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-840/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-840/2022 24.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 24 avqust 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə S18K4694880 saylı müqavilə üzrə 76 manat əsas borc, 23 manat faiz borcu və S18K556550 saylı müqavilə üzrə 825 manat əsas borc, 247 manat faiz borcu və 32 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1203 (bir min iki yüz üç) manat məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur və Bakı şəhərində yerləşən “Soliton” mağazasının sahibi kimi onunla Cavabdeh arasında bağlanmış 21 iyul 2018-ci il tarixli S18K4694880 saylı və 19 dekabr 2018-ci il tarixli S18K556550 saylı nisyə alğı-satqı müqavilələrinə əsasən cavabdehə ümumi dəyəri 486 manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon və ümumi dəyəri 1239 manat olan 1 ədəd “Samsung” markalı televizor nisyə satmışdır. Cavabdeh 21 iyul 2018-ci il tarixli S18K4694880 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 486 manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefona görə ilkin olaraq 30 manat ödəniş etmiş və nəticədə 456 manat borcu yaranmışdır. Eyni zamanda 19 dekabr 2018-ci il tarixli S18K556550 saylı müqavilənin şərtlərinə əsasən ümumi dəyəri 1239 manat olan 1 ədəd “Samsung” markalı televizor almış, ilkin ödəniş etməmiş, nəticədə 1239 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən 21 iyul 2018-ci il tarixli S18K4694880 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 21 manat və 19 dekabr 2018-ci il tarixli S18K556550 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 64 manat ödəniş edilmişdir. Bugünədək cavabdehə edilmiş yazılı və şifahi müraciətlər heç bir nəticə verməmiş, nəticədə müqavilələrin şərtləri lazımı qaydada icra edilməmiş və alğı-satqı qiyməti S18K4694880 saylı müqavilə üzrə ümumi 486 manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon üçün ümumilikdə 76 manat ödənilməmiş hissə, 23 manat faiz borcu yaranmış və alğı-satqı qiyməti S18K556550 saylı müqavilə üzrə ümumi 1239 manat olan 1 ədəd “Samsung” markalı televizor üçün ümumilikdə 825 manat ödənilməmiş hissə və 247 manat faiz borcu yaranmışdır. Qeyd edilən müqavilələrə əsasən göstərilən məbləğin ödənilməmiş hissəsi, “Alıcı” tərəfindən və ya “Alıcı” nın müvəkkil etdiyi şəxs tərəfindən birmənalı şəkildə “Müqavilənin” nin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Müqavilənin 2.4-cü bəndinə əsasən “Alıcı” ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% həcmində “Satıcı” nın xeyrinə gecikmə faizi ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll ediləcəkdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin iddiaçıya S18K4694880 saylı müqavilə üzrə 76 manat əsas, 23 manat faiz borcu və S18K556550 saylı müqavilə üzrə 825 manat əsas və 247 manat faiz borcu vardır. Cavabdeh nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xeyrinə S18K4694880 saylı müqavilə üzrə 76 manat əsas, 23 manat faiz borcu və S18K556550 saylı müqavilə üzrə 825 manat əsas, 247 manat faiz borcu və 32 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1203 manat məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, bütün məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının və nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş,iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini qərara almışdır. xx.xx.2018-ci il tarixli S18K4694880 nömrəli nisyə alqı-satqı müqaviləsi, müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, həmin alqı-satqı müqaviləsi əsasən İddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 38 manat olmaqla 486 manat dəyərində bir ədəd “SAMSUNG GALAXY J400 BLACK” markalı mobil telefon satılmışdır. xx.xx.2018-ci il tarixli S18K556550 nömrəli nisyə alğı-satqı müqaviləsi, müqaviləyə əlavə edilmiş ödəniş cədvəli və təhvil-təslim aktından görünür ki, həmin alqı-satqı müqaviləsi əsasən İddiaçı tərəfindən cavabdehə 15 ay müddətinə aylıq 83 manat olmaqla 1239 manat dəyərində bir ədəd “TV LED SAMSUNG UE-43N5540” markalı televizor satılmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı tərəfindən Cavabdeh yaşadığı ünvana xx.xx.2022-ci il tarixdə yazılı məktub göndərilərək 10 gün ərzində müqavilələr üzrə yaranmış borcun ödənilməsi təmin edilmədikdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 24 may 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə xx.xx.2018-ci il tarixli S18K4694880 nömrəli alğı-satqı müqaviləsi üzrə 76 manat əsas, 23 manat faiz borcu və xx.xx.2018-ci il tarixli S18K556550 nömrəli alğı-satqı müqaviləsi üzrə 825 manat əsas və 247 manat faiz borcu qalmışdır. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, 21 iyul 2018-ci il tarixli S18K4694880 saylı və 19 dekabr 2018-ci il tarixli S18K556550 saylı nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 486 manat olan 1 ədəd “Samsung Galaxy J4” markalı telefon və ümumi dəyəri 1239 manat olan 1 ədəd “Samsung” markalı televizor nisyə satılmışdır. Cavabdeh tərəfindən 21 iyul 2018-ci il tarixli S18K4694880 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 21 manat və 19 dekabr 2018-ci il tarixli S18K556550 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 64 manat ödəniş edilmişdir.İddiaçı nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini tam yerinə yetirsə də, ancaq cavabdeh nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, müqavilələrin şərtlərini pozaraq aylıq ödənişləri gecikdirmişdir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün iddiaçı tərəfindən danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və iddiaçı öz tələbinin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hazırda cavabdehin iddiaçıya S18K4694880 saylı müqavilə üzrə 76 manat əsas, 23 manat faiz borcu və S18K556550 saylı müqavilə üzrə 825 manat əsas və 247 manat faiz borcu vardır. Cavabdeh nisyə alqı-satqı müqavilələrindən irəli gələn öhdəliklərini icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 32 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı cavabdehdən xeyrinə S18K4694880 saylı müqavilə üzrə 76 manat əsas, 23 manat faiz borcu və S18K556550 saylı müqavilə üzrə 825 manat əsas, 247 manat faiz borcu və 32 manat dövlət rüsumu məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə S18K4694880 saylı müqavilə üzrə 76 manat əsas, 23 manat faiz borcu və S18K556550 saylı müqavilə üzrə 825 manat əsas,247 manat faiz borcu məbləğinin tutulmasına dair hissəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 32 manat ödənilmiş dövlət rüsumu məbləğinin tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə S18K4694880 saylı müqavilə üzrə 76 manat əsas, 23 manat faiz borcu və S18K556550 saylı müqavilə üzrə 825 manat əsas, 247 manat faiz borcu və 32 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1203 (bir min iki yüz üç) manat məbləği tutulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar