Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-894/2023 05.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Döşək Tekstil, Divan Ortüyü, Yataq Örtüyü, X3, Süfrə Tekstil, Yorğan Tekstil, X1, X2,Matras üçün 988.4 (doqquz yüz səksən səkkiz manat qırx qəp) manat ödənilməmiş hissə, 98.6 (doxsan səkkiz manat altmış qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu HPV3BEKG LENOVO TB-7305F markalı tablet üçün 173.8 (yüz yetmiş üç manat səksən qəp) manat ödənilməmiş hissə, 17.2 (on yeddi manat iyirmi qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN SAMSUNG üçün 86.8 (səksən altı manat səksən qəp) manat ödənilməmiş hissə, 8.2 (səkkiz manat iyirmi qəp) manat cərimə olmaqla ümumilikdə 1373 manat borcun və 33.73 manat dövlət manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2370.6 (iki min üç yüz yetmiş manat altmış qəp) manat (18 ay 131.7 manat + 0 manat ilkin ödəniş) Döşək Tekstil, Divan Ortüyü, Yataq Örtüyü, X3, Süfrə Tekstil, Yorğan Tekstil, X1, X2,Matras üçün ümumilikdə, 1087 (bir min səksən yeddi) manat olmaqla ondan, 988.4 (doqquz yüz səksən səkkiz manat qırx qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 98.6 (doxsan səkkiz manat altmış qəp) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 250.8 (iki yüz əlli manat səksən qəp) manat (12 ay x 20.9 manat + 0 manat ilkin ödəniş) İmei Kodu HPV3BEKG LENOVO TB-7305F markalı tableüçtün ümumilikdə, 191 (yüz doxsan bir) manat olmaqla ondan, 173.8 (yüz yetmiş üç manat səksən qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 17.2 (on yeddi manat iyirmi qəp) manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -10 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə hər ay 20,9 manat olmaqla cəmi 250,8 manat dəyərində İmei kodu HPV3BEKG olan LENOVO TB- 7305F 1/GB-BLACK markalı tablet satılmışdır. -10 noyabr 2021-ci il tarixli 22362010 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 16,10 manat olmaqla cəmi 289,80 manat dəyərində İmei kodu 8VC18M21A0SB olan SAMSUNG markalı tozsoran satılmışdır. -10 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə hər ay 131,7 manat olmaqla cəmi 2370,6 manat dəyərində Döşək - Tekstil - SG - SARVAGELLİ Döşək, Divan Ortüyü, Yataq Örtüyü, İMEİ kodu 32A3600 olan Hoffmann markalı Led TV, Süfrə Tekstil, Yorğan Tekstil, Flora Genc çarpayi, Matras və X2ı satılmışdır. -13 aprel 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 10 noyabr 2021ci il tarixli müqavilə üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. -20 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 10 noyabr 2021-ci il tarixli müqavilələr üzrə 2.911,2 manat borc məbləğindən 1662,2 manat ödəniş etmiş, 1249 manat ödənilməmiş hissə, 124 manat cərimə - cəmi 1373 manat borcu qalmışdır. -21 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 33,73 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 10 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 20,9 manat olmaqla cəmi 250,8 manat dəyərində İmei kodu HPV3BEKG olan LENOVO TB-7305F 1/GB-BLACK markalı tablet, 10 noyabr 2021-ci il tarixli 22362010 nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 16,10 manat olmaqla cəmi 289,80 manat dəyərində İmei kodu 8VC18M21A0SB olan SAMSUNG markalı tozsoran və 10 noyabr 2021-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 131,7 manat olmaqla cəmi 2370,6 manat dəyərində Döşək - Tekstil - SG - SARVAGELLİ Döşək, Divan Ortüyü, Yataq Örtüyü, İMEİ kodu 32A3600 olan Hoffmann markalı Led TV, Süfrə Tekstil, Yorğan Tekstil, Flora Genc çarpayi, Matras və X2ı satılmışdır. Cavabdeh aldığı malın dəyərindən 1662,2 manat ödəniş etmişdir. Cavabdehin 10 noyabr 2021-ci il tarixli ******* nömrəli, 10 noyabr 2021-ci il tarixli 22362010 nömrəli və 10 noyabr 2021-ci il tarixli ******* nömrəli müqavilələr üzrə 1249 manat borcu ödənilməmiş qalmış, həmin borca 124 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilsə də borc məbləği ödənilməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 988.4 (doqquz yüz səksən səkkiz manat qırx qəp) manat ödənilməmiş hissə, 98.6 (doxsan səkkiz manat altmış qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 173.8 (yüz yetmiş üç manat səksən qəp) manat ödənilməmiş hissə, 17.2 (on yeddi manat iyirmi qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 86.8 (səksən altı manat səksən qəp) manat ödənilməmiş hissə, 8.2 (səkkiz manat iyirmi qəp) manat cərimə və 33.73 manat dövlət rüsumu olmaqla ümumilikdə 1.406,73 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Döşək Tekstil, Divan Ortüyü, Yataq Örtüyü, X3, Süfrə Tekstil, Yorğan Tekstil, X1, X2,Matras üçün 988.4 (doqquz yüz səksən səkkiz manat qırx qəp) manat ödənilməmiş hissə, 98.6 (doxsan səkkiz manat altmış qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən İmei Kodu HPV3BEKG LENOVO TB-7305F markalı tablet üçün 173.8 (yüz yetmiş üç manat səksən qəp) manat ödənilməmiş hissə, 17.2 (on yeddi manat iyirmi qəp) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TOZSORAN SAMSUNG üçün 86.8 (səksən altı manat səksən qəp) manat ödənilməmiş hissə, 8.2 (səkkiz manat iyirmi qəp) manat cərimə və 33.73 manat dövlət rüsumu olmaqla ümumilikdə 1.406,73 manat borc məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(037)-894/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-894/2023
05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver