Məhkəmə qərarları › İş №e-2(037)-901/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-901/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-901/2023 05.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 930 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 fevral 2022-ci il tarixli PAZ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə İddiaçı ASC-də sığortalanmış Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 190” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri ərazisində Mercedes Benz C220CDİ markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Yasamal RPİ İŞ-də inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində AR İXM-nin 327.6-cı və 327.8-ci maddələri ilə 27 fevral 2022-ci il tarixli qərar qəbul olunmuşdur. Mercedes Benz C220CDİ markalı ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 180 manat, X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - PAZ********** nömrəli 10 fevral 2022-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X4 məxsus “Mercedes Benz 190” minik markalı ** OZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 10 fevral 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək "xxxx" ASC-də sığorta olunmuşdur. - Dəymiş zərərin hesabatından görünür ki, Mercedes Benz C220CDİ markalı ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin orta bazar qiymətləri nəzərə alınaraq aşağıdakı kimi müəyyən olunmuşdur: arxa sol radarı 30 manat, arxa buferin rənglənməsi üçün 80 manat, arxa buffer s/y 30 manat, arxa buffer təmir 40 manat, cəmi 180 manat. - 27 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 22 yanvar 2023-cü il tarixdə baş vermis yol nəqliyyat hadisəsi üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Mercedes Benz 190” minik markalı ** OZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protocol tərtib edilməsi üçün qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X11 tərəfindən verilmiş sağlamlığa zərər vurmanın təyini barədə 79 nömrəli ekspert rəyinin surətindən görünür ki, X5 məhkəmə tibbi ekspertizasından keçirilmiş, almış olduğu xəsarətlər – sol dirsək və sol diz oynaqlarının hərəkət məhdudluğu ilə müşayət olunan, şişkinlik halında əzilməsi, sol saldın sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Xəsarətlər 22 yanvar 2023-cü il tarixə avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - 05 aprel 2023-cü il tarixli CML-0656/2023-AKT852/23 sığorta aktının surətindən görünür ki, “Mercedes Benz 190” minik markalı ** OZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 10 fevral 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. 22 yanvar 2023-cü il tarixdə baş vermis yol nəqliyyat hadisəsində zərərçəkmiş X1 dəymiş zərərin məbləği 750 manat müəyyən olunmuşdur. - 07 aprel 2023-cü il tarixli CML-0656/2023-AKT871/23 sığorta aktının surətindən görünür ki, “Mercedes Benz 190” minik markalı ** OZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 10 fevral 2022-ci il tarixdən 10 fevral 2023-cü il tarixədək 55000 manat məbləğində sığorta olunmuşdur. 22 yanvar 2023-cü il tarixdə baş vermis yol nəqliyyat hadisəsinə görə X6 məxsus Mercedes Benz C220CDİ markalı ** NP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 180 manat zərər dəymişdir. - 18 aprel 2023-cü tarixli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 852/23 saylı akta əsasən X3 750 manat sığorta ödənişi olunmuşdur. - 18 aprel 2023-cü tarixli ödəniş tapşırığının surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən 871/23 saylı akta əsasən X6 180 manat sığorta ödənişi olunmuşdur. - 25 iyul 2023-cü il tarixli ********** nömrəli rüsum qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 22 yanvar 2023-cü il tarixdə Bakı şəhəri ərazisində İddiaçı ASC-də mülki məsuliyyəti PAZ********** saylı müqavilə ilə icbari sığorta olunmuş Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz 190” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Mercedes Benz C220 CDİ markalı ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və X1 zərər vurmuşdur. Baş vermiş hadisə ilə bağlı inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən Cavabdeh barəsində AR İXM-nin 327.6-cı və 327.8-ci maddələri ilə 27 fevral 2022-ci il tarixli qərar qəbul olunmuşdur. Mercedes Benz C220CDİ markalı ** NP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 180 manat, X1 dəymiş ziyanla bağlı 750 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884, 897, 907, 922, 925, 926, 934 maddələrinin və “İcbari sığortalar haqqında” AR Qanununun 25-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmadan istismar etdiyi üçün sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdeh sığortaçının ödədiyi pul məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 930 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 930 manat pul vəsaiti və 30 manat dövlət rüsumu olmaqla, cəmi 960 (doqquz yüz altmış) manat məbləği İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar