Məhkəmə qərarları › İş №e-2(037)-909/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-909/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-909/2023 05.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Themza-yataq-dolab, soft-yumşaq-3 yerli mebel avadanlıqları üçün 18,3 manat ödənilməmiş hissə və 25 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İmei kodu **********18382 olan Samsung Galaxy S10+ markalı telefon üçün 304,2 manat ödənilməmiş hissə, 30,8 manat cərimə, ümumilikdə 353,3 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 21 dekabr 2019cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 1172 manat (20 ay + 58,6 manat + 0 manat ilkin ödəniş) olan Themza-yataq-dolab, soft-yumşaq-3 yerli mebel avadanlıqları almışdır. Bundan başqa tərəflər arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh alqı-satqı qiyməti 2386 manat (12 ay + 165 manat + 406 manat ilkin ödəniş) olan İmei kodu **********18382 olan Samsung Galaxy S10+ markalı telefon almışdır. Cavabdeh hər iki müqavilə üzrə cəmi 3235,5 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2023-cü il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 21 dekabr 2019-cu il tarixli 01144264 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 20 ay müddətinə hər ay 58,6 manat olmaqla cəmi 1172 manat dəyərində Themza-yataq-dolab-4 qapılı, soft-yumşaq-3 yerli mebel avadanlıqları satılmışdır. - 25 dekabr 2019-cu il tarixli 01156676 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə 400 manat ilkin ödəniş etdikdən sonra 12 ay müddətinə hər ay 165 manat olmaqla cəmi 2386 manat dəyərində İmei kodu **********18382 olan Samsung Galaxy S10+ markalı telefon satılmışdır. - 31 may 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 21 dekabr 2019cu il və 25 dekabr 2023-cü il tarixli müqavilələr üzrə aldığı əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış peniya məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 18 iyul 2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 21 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1172 manat borc məbləğindən 1153,7 manat ödəniş etmiş, 18,3 manat ödənilməmiş hissə, 25 dekabr 2019-cu il tarixli müqavilə üzrə 2386 manat borc məbləğindən 2081,8 manat ödəniş etmiş, 304,2 manat ödənilməmiş hissə, 30,8 manat cərimə - cəmi 353,3 manat borcu qalmışdır. - 19 iyul 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30,4 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə tərəflər arasında bağlanmış 21 dekabr 2019-cu il tarixli 01144264 nömrəli müqaviləyə əsasən 20 ay müddətinə hər ay 58,6 manat ödəməklə cəmi 1172 manat dəyərində Themza-yataq-dolab, soft-yumşaq-3 yerli mebel avadanlıqları, 25 dekabr 2019cu il tarixli 01156676 nömrəli müqaviləyə əsasən 406 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 165 manat ödəmək şərti ilə cəmi 2386 manat dəyərində İmei kodu **********18382 olan Samsung Galaxy S10+ markalı telefon satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 3235,5 manat ödəniş etmişdir. Cavabdehin 21 dekabr 2019-cu il tarixli 01144264 nömrəli müqavilə üzrə 18,3 manat, 25 dekabr 2019-cu il tarixli 01156676 nömrəli müqavilə üzrə 304,2 manat borcu qalmış, həmin borca 30,8 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 353,3 borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh borc müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 325.1, 326.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 548.2 və 600.1-ci maddələrinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 21 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Themza-yataq-dolab, soft-yumşaq-3 yerli mebel avadanlıqları üçün 18,3 manat ödənilməmiş hissə, 25 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən İmei kodu **********18382 olan Samsung Galaxy S10+ markalı telefon üçün 304,2 manat ödənilməmiş hissə, 30,8 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 383 (üç yüz səksən üç) manat 30 (otuz) qəpik məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 21 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən Themza-yataq-dolab, softyumşaq-3 yerli mebel avadanlıqları üçün 18,3 manat ödənilməmiş hissə, 25 dekabr 2019cu il tarixli müqaviləyə əsasən İmei kodu **********18382 olan Samsung Galaxy S10+ markalı telefon üçün 304,2 manat ödənilməmiş hissə, 30,8 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 383 (üç yüz səksən üç) manat 30 (otuz) qəpik məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar