Məhkəmə qərarları › İş №e-2(037)-910/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-910/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-910/2025 03.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 180 manat əsas borc və 30 manat dövlət rüsumu, cəmi 210 (iki yüz on) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 16 dekabr 2021ci il tarixli AYK5941438 saylı borc müqaviləsinə əsasən 12 ay müddətinə 229 manat dəyərində məişət avadanlığı almışdır. Müqavilə üzrə ödəniş etdikdən sonra cavabdehin iddiaçıya 180 manat əsas borcu qalmışdır. İddiaçı cavabdehdən 16 dekabr 2021-ci il tarixli borc müqaviləsi üzrə 180 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 210 (iki yüz on) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 03 iyun 2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 16 dekabr 2021-ci il tarixli AYK5941438 nömrəli borc müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 229 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 13 manat ilkin ödəniş etmiş, qalan 216 manat məbləğini 12 ay müddətinə aylıq 18 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 16 dekabr 2021-ci il tarixli AYK5941438 saylı borc müqaviləsi üzrə 180 manat əsas (qalıq) borcu vardır. - 20 may 2025-ci il tarixli pretenziyanın surətindən görünür ki, cavabdehdən üç iş günü müddətində 180 manat borc məbləğinin ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. - 23 may 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 16 dekabr 2021-ci il tarixli AYK5941438 nömrəli borc müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 229 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh müqavilə üzrə 13 manat ilkin ödəniş etmiş, qalan 216 manat məbləğini 12 ay müddətinə aylıq 18 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə borc məbləğinin tam şəkildə ödənilməsini təmin etməmişdir. İddiaçı cavabdehdən 16 dekabr 2021-ci il tarixli AYK5941438 saylı borc müqaviləsi üzrə 180 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 210 (iki yüz on) manat məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16 dekabr 2021-ci il tarixli AYK5941438 saylı borc müqaviləsi üzrə 180 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 210 (iki yüz on) manat pul məbləği alınaraq İddiaçı hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 16 dekabr 2021-ci il tarixli AYK5941438 saylı borc müqaviləsi üzrə 180 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu - cəmi 210 (iki yüz on) manat pul məbləğinin alınaraq İddiaçı hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar