Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № e-2(037)-913/2024 02.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 10 mart 2023-cü il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 621.09 manat ödənilməmiş hissə, 62.91 manat cərimə və 24 aprel 2024cü il tarixli müqaviləyə əsasən SÜFRƏ – TEKSTİL üçün 62.5 manat ödənilməmiş hissə, 6.5 manat cərimə, ümumilikdə 753 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 10 mart 2023-cü il, 24 aprel 2023-cü il tarixli müqaviləsinə əsasən cavabdeh HOFFMANN soyuducu və SÜFRƏ -TEKSTİL almış, nəticədə 753 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10 mart 2023-cü il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1242.18 manat (18 ay x 69.01 manat + 0 manat ilkin ödəniş) soyuducu HOFFMANN üçün ümumilikdə 684 manat olmaqla ondan, 621.09 manat ödənilməmiş hissə, güzəşt olunaraq 62.91 manat cərimə, 24 aprel 2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 135 manat (18 ay x 7.5 manat + 0 manat ilkin ödəniş), SÜFRƏ - TEKSTİL üçün ümumilikdə, 69 manat olmaqla ondan, 62.5 manat ödənilməmiş hissə, güzəşt olunaraq 6.5 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 693.59 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 10 mart 2023-cü il və 24 aprel 2023-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. İddiaçı ilə cavabdeh arasında olan telefon danışığı, həmçinin göndərilən 27 may 2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı cavabdehdən HOFFMANN markalı soyuducu üçün 621.09 manat ödənilməmiş hissə, 62.91 manat cərimə və SÜFRƏ – TEKSTİL üçün 62.5 manat ödənilməmiş hissə, 6.5 manat cərimə, ümumilikdə 753 manat borc və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284-5.1ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş 01 iyul 2024-cü il tarixdə göndərilmişdir. Məhkəmə sənədi poçt şöbəsi tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Məhkəmə sənədi cavabdehə təqdim olunması üçün İsmayıllı RİHB-nın Qubaxəlilli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Nümayəndəlik tərəfindən cavabdehin yaşadığı ünvanın onlara məlum olmadığını və məhkəmə sənədinin cavabdehə çatdırılması üçün nümayəndəlikdə saxlanıldığı bildirilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 10 mart 2023-cü il tarixli 03244672 nömrəli müqavilənin surətindən görünür ki, həmin tarixdə iddiaçı tərəfindən cavabdehə HOFFMANN soyuducu satılmış və cavabdeh dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. - 24 aprel 2023-cü il tarixli 03715741 nömrəli müqavilənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə SÜFRƏ - TEKSTİL satılmış və cavabdeh dəyərini müqavilə şərtlərinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. - 27 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehdən 10 mart 2023-cü il və 24 aprel 2023-cü il tarixli müqavilələr üzrə aldığı əşyanın tam dəyərininin məbləğinin ödənilməsi tələb olunmuş, əks halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdi. - 14 iyun 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh 10 mart 2023-cü il tarixli müqavilə üzrə 1242.18 manat borc məbləğindən 621.09 manat ödəniş etmiş, 621.09 manat ödənilməmiş hissə, 62.91 manat cərimə, 24 aprel 2023-cü il tarixli müqavilə üzrə 135 manat borc məbləğindən 72.5 manat ödəniş etmiş, 62.5 manat ödənilməmiş hissə, 6.5 manat cərimə - hər iki müqavilə üzrə cəmi 753 manat borcu qalmışdır. - 18 iyun 2024-cü il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 30 manat (qəbzin nömrəsi **********) dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdehə iddiaçı ilə aralarında bağlanmış 10 mart 2023-cü il tarixli 03244672 nömrəli müqaviləyə əsasən 1242.18 manat dəyərində HOFFMANN markalı soyuducu satılmışdır. Həmçinin, 24 aprel 2023-cü il tarixli 03715741 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə SÜFRƏ-TEKSTİL satılmışdır. Cavabdeh aldığı malların dəyərindən cəmi 693.59 manat ödəniş etmişdir. Cavabdehin 10 mart 2023-cü il tarixli müqavilə üzrə 621,09 manat borcu qalmış, həmin borca 62.91 manat cərimə, 24 aprel 2023-cü il tarixli müqavilə üzrə 62,5 manat borcu qalmış, həmin borca 6.5 manat cərimə hesablanmışdır. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya cəmi 753 manat borcu yaranmışdır. İddiaçı cəmi 753 manat borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb edir. Cavabdeh iddiaçının tələbinə dair münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10 mart 2023cü il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 621.09 manat ödənilməmiş hissə, 62.91 manat cərimə, 24 aprel 2024-cü il tarixli müqaviləyə əsasən SÜFRƏ-TEKSTİL üçün 62.5 manat ödənilməmiş hissə, 6.5 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 783 manat məbləği alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10 mart 2023-cü il tarixli müqaviləyə əsasən HOFFMANN markalı soyuducu üçün 621.09 manat ödənilməmiş hissə, 62.91 manat cərimə, 24 aprel 2024-cü il tarixli müqaviləyə əsasən SÜFRƏ-TEKSTİL üçün 62.5 manat ödənilməmiş hissə, 6.5 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 783 (yeddi yüz səksən üç) manat məbləği alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №e-2(037)-913/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(037)-913/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver